Qarabağdakı faydalı qazıntı yataqları xarici investisiya cəlbinin əsas şərti olacaq
12:38 30.12.2020
Arxiv
1051
Azərbaycanın erməni işğalından azad olunan ərazilərindəki faydalı qazıntı yataqları o torpaqlara xarici investisiya cəlbinin əsas şərti, xarici ölkə maraqlarının özəyi olacaqdır.
Bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
İşğal olunmuş ərazilərdə ölkənin iqtisadi potensialı üçün əhəmiyyətli olan 163 müxtəlif növ faydalı qazıntı yatağının olduğunu vurğulayan ekspert qeyd edib ki, bu yataqların hər biri Azərbaycan iqtisadiyyatının inkişafında böyük rola sahib olacaqlar.
E.Əmirov əlavə edib ki, hətta buradakı civə tullantıları belə gəlir gətirmək potensialına malikdir. Belə ki, hələ işğaldan azad edilməmiş ərazilərmizdə ötən ildən başlayaraq “AzerGold” QSC “Çovdar” yatağından çıxarılan filizin tərkibində qızıl və gümüşlə yanaşı, əldə edilən tullantı civənin ixracına başlayıb. Belə ki, istehsalat nəticəsində yaranan civənin satışı məqsədilə ilk olaraq yerli bazar araşdırılmış və Sinqapurun “Asia Mercury” şirkəti ilə müqavilə imzalanmışdır.
Nəticədə “AzerGold” QSC Çovdar filiz emalı sahəsində istehsalat prosesi zamanı tullantı qismində yaranan 1163 kiloqram həcmində civə partiyasını Sinqapura uğurla ixrac edərək, həm ətraf mühitin mühafizəsinə öz töhfəsini verib, həm də 40 000 manata yaxın məbləğdə mənfəət əldə etmiş oldu. Başqa sözlə tullantı civənin hər kiloqramından bütün xərclər çıxılandan sonra 34,4 manat mənfəət əldə edilib. Faydalı qazantı yataqlarının tullantısının belə gəlir gətirdiyini nəzərə alsaq, böyük qızıl və digər yataqların gətirə biləcəyi faydanı təsəvvür etmək çətin deyil:
“İndi təsəvvür edin ki, bizim orada 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları, 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemza-vulkan külü, 16 yeraltı şirin su və 11 mineral su yatağımız var. Milyon tonlarla qurğuşun, yüz tonlarla qızıl, 10 milyon tonlarla sink və s. ehtiyatların həcmini düşündükdə buranın iqtisadi potensialını anlamaq olur. Bir əlavə edim ki, işğaldan azad edilmiş ərazilərimizdə olan faydalı qazıntı yataqlarının Azərbaycan iqtisadiyatına gətirəcəyi fayda haqqında danışarkən, onun dəyər ifadəsində gətirdiyi fayda ilə kifayətlənmək olmaz. Belə ki, bu yataqlar, bu sərvətlər həm də o ərazilərdə məskunlaşacaq insanların iş yerlərinin əsası deməkdir. Bundan əlavə, adıçəkilən faydalı qazıntı yataqları o torpaqlara xarici investisiya cəlbinin əsas şərti, xarici ölkə maraqlarının özəyi olacaqdır. Buna görə də bu 163 yatağın ölkə iqtisadiyyatına verəcəyi ikinci dərəcəli faydalar, heç də birinci dərəcəli faydadan (dəyər ifadəsində olan iqtisadi potensial) geri qalmır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya
Liparit Drmeyan Paşinyanı məhkəməyə verdi
17:45 31.07.2026
Region
SEPAH komandiri: Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq
17:40 31.07.2026
Dünya
"Uşağı çox yedirtmək sağlamlıq deyil, təhlükədir" - Pediatr
17:37 31.07.2026
Sağlamlıq
Bu nazirliyə əlavə xidməti avtomobil veriləcək
17:21 31.07.2026
Gündəm
Rusiya səfiri Polşa XİN-ə çağırıldı
17:19 31.07.2026
Gündəm
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib
16:40 31.07.2026
Gündəm
Almaniya Kansleri Seutadakı vəziyyətlə bağlı Mərakeşə çağırış etdi
16:39 31.07.2026
Gündəm
60 min miqrant İspaniyanın Seuta şəhərinə daxil olub
16:35 31.07.2026
Gündəm