Qaradağdakı şəhidlərin məzarları köçürüləcək? - Açıqlandı
09:17 27.01.2021
Arxiv
716
“Qaradağ ərazisindəki qəbiristanlıqda dəfn olunan şəhidlərlə bağlı məsələyə müvafiq qurumlar tez reaksiya verməli idilər. Ancaq bu olmasa da, indi vəziyyəti düzəltməyə çalışırlar. Şəhid ailələrinin istəyinə uyğun olaraq bu problem həll olunacaq”.
Bunu “Yeni Sabah”a açıqlamasında Qaradağ rayonundan seçilən millət vəkili Aydın Hüseynov deyib. O, bildirib ki, bu problemin qarşısı rahatlıqla alına bilərdi:
“Buna baxmayaraq, artıq məsələnin həlli yolunda addımlar atılıb. Onların Fəxri Xiyabanda dəfn olunacaqları ilə bağlı isə fikir səsləndirə bilmərəm”.
Aydın Hüseynov qeyd edib ki, şəhidləri inzibati bölgüyə əsasən seçmək düzgün deyil:
“Mən onların ruhu qarşısında baş əyirəm. Şəhidlərimizin hər biri bizim üçün əzizdir. Sadəcə olaraq inzibati baxımdan qəbiristanlıq Qaradağ ərazisinə düşür. Şəhidlər özləri isə Yasamaldan, Binəqədidən və Bakının digər rayonlarındandır. Çünki Qaradağ rayonundakı həmin ərazi şəhər qəbiristanlığı sayılır. Ölkənin hər yerindən orada dəfn olunanlar var.
Bu qəbiristanlıqda dəfn olunan şəhidlərin heç biri Qaradağ rayonunda qeydiyyatda olan, hərbi komissarlıqdan çağırılanlar deyil. Qaradağın özündən olan şəhidlər başqa yerlərdə dəfn olunub. Sözügedən problemlə bağlı müvafiq tədbirlər görüləcək. Hər bir şəhid ailəsinə dövlət tərəfindən qayğı göstərilir”.
Millət vəkili bildirib ki, məsələ öz həllini şəhid ailələrinin istəyinə uyğun olaraq tapacaq: “Onlar dəfn olunarkən belə bir hal yox idi. Bakının relyefi elədir ki, yeraltı sular ola bilər. Sosial şəbəkələrdə bunu qabardanlar çox səhv edirlər. Biz böyük bir qələbə əldə etmişik. Həmçinin müharibədən çıxmışıq, itkilərimiz var. Birlikdə olub güclü şəkildə ermənilərə qarşı qələbə çaldığımız kimi, belə məsələlərdə də bir olmalıyıq. Bu halları qabardanlar düşmən dəyirmanına su tökərək, şəhidlərin adından istifadə edərək özlərini gündəmə gətirirlər”.
Xatırladaq ki, 17 şəhid ailəsi övladlarının Qaradağ rayonu ərazisində yerləşən qəbiristanlıqda dəfn edilməsinə etiraz edir və onlar müxtəlif dövlət qurumlarının qarşısında məsələ qaldıraraq məzarların köçürülməsini tələb edirlər. Buna səbəb kimi isə övladlarının məzarlarının qrunt sularının altında qaldığını göstərirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi