Qazaxıstan parlamentində koronavirus aşkarlandı

Qazaxıstan parlamentinin deputatı Bekbolat Tleuxan koronavirusa yoluxub.
MK xəbər verir ki, millət vəkili xəstələnməsi ilə bağlı məlumat verib və onu xəstəxanaya yerləşdiriblər.
Deputat bildirib ki, əvvəl evdə müalicə alıb, sonradan həkimə müraciət etməli olub.
Qeyd olunur ki, müalicə müsbət nəticə versə də, onda koronavirusun əlamətləri hələ də qalıb.
B.Tleuxanın altısı qız, səkkizi oğlan olmaqla 14 övladı var.