Qeyri-effektiv idarəetməyə son qoyuldu
06:04 07.11.2020
Arxiv
613
Bundan sonra İnvestisiya Holdinqinin marağı olacaq ki, həmin dövlət şirkətləri gəlirlə və mənfəətlə işləsinlər
Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı təsdiq edilib.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan İnvestisiya Holdinqinin yaranmasının əsas səbəbi dövlət şirkətlərinin qeyri-effektiv idarəetməsinə son qoyulmasıdır. O bildirib ki, burada əsas məqsəd dövlət şirkətlərində şəffaflığın artırılması və rentabelli, yəni gəlirli işləməsinin təmin olunmasıdır:
"Çox təəssüf ki, uzun illərdir ki, dövlət şirkətləri büdcədən datasiya alırdılar. Həm də öz sahələrində təbii inhisarçıların olmasına baxmayaraq ziyanla çalışırdılar. Yəni ki, effektivlik çox aşağı idi. Bunun nəticəsində də İnvestisiya Holdinqinin yaradılması ilə bağlı qərar verildi".
Ekspert qeyd edib ki, bu fərmandan sonra İnvestisiya Fondunun rəhbərliyi həmin dövlət şirkətlərində birbaşa nəzarətin həyata keçirilməsi, onların gəlirlərinin artırılmasında mühüm rol oynaya bilər:
"Qərarın bir hissəsində İnvestisiya Fondunun gəlirlərinin formalaşması, həmin dövlət şirkətlərinin rentabelli çalışmasına birbaşa bağlantısı qurulub. Yəni dövlət şirkətləri qazandıqları mənfəətin iyirmi faizini holdinqə keçirəcəklər.
Təbii ki, burada İnvestisiya Holdinqinin marağı da olacaq ki, həmin dövlət şirkətləri gəlirlə və mənfəətlə işləsinlər. Çünki mənfəətlə işləməsələr holdinqin özünün gəlirlərinin olması mümkünsüzdür.
Ona görə ki, bura büdcədən vəsaitlərin ayrılması nəzərdə tutulmayıb. Yeganə vəsaitlərin daxil olma xətti məhz mənfəətdən iyirmi faizin holdinqə ayrılmasıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil
ATƏT tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayır - ŞƏRH
17:13 04.08.2026
Gündəm
Gürcüstan və ADB arasında 250 milyon dollarlıq saziş imzalanıb
17:03 04.08.2026
Region
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya