Qırğızıstanda hökumətin yeni tərkibi təsdiq olundu

Qırğızıstan Parlamenti hökumətin yeni tərkibini təsdiq edib.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Məlumata görə, parlament Sadır Japarovun rəhbərlik etdiyi yeni nazirlər kabinetini təsdiqləyib.
“Ala-Arça” dövlət iqamətgahında keçirilən iclasda iştirak edən bütün millət vəkilləri Japarovun namizədliyinə, Nazirlər Kabinetinin tərkibinə və proqramına yekdilliklə səs veriblər.