Qoşulmama Hərəkatı üzv ölkələri Dağlıq Qarabağda keçirilən qondarma “seçkiləri” tanımadı
12:18 05.04.2020
Arxiv
458
Cari ilin 4 aprel tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində təşkil olunmuş qondarma “seçkilər” ilə bağlı açıqlama ilə çıxış edib.
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat daxil olub.
Məlumatda bildirilir ki, BMT-dən sonra ikinci ən böyük siyasi platforma olan və 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı ərazilərin güc yolu ilə əldə edilməsinin yolverilməz olduğunu vurğulayaraq, Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin heç bir ölkə tərəfindən qanuni tanınmayacağını bəyan edib.
Bununla əlaqədar olaraq, Qoşulmama Hərəkatı üzv ölkələri bu ilin 31 mart tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkiləri” tanımadıqlarını və onları qanunsuz hesab etdiklərini ifadə edib.
Sonda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Bakı Zirvə Görüşünün Yekun sənədinin 662-ci paraqrafına istinad edərək, Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə və Ermənistan və Azərbaycan arasında münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə dəstəyini bir daha ifadə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi
Rubio Gilmanın azadlığa buraxılmasına görə Rusiyaya təşəkkür etdi
21:26 11.08.2026
Dünya
Bakının bu rayonlarında qaz olmayacaq
21:12 11.08.2026
Cəmiyyət
“Dərnəgül” elektrik deposu ilk qatarını qəbul edib
20:57 11.08.2026
İnfrastruktur
İran Hörmüz boğazının açılması ilə bağlı şərtlərini ABŞ-a çatdırıb
20:33 11.08.2026
Dünya
Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edildi
20:18 11.08.2026
Hadisə
İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoyub
20:00 11.08.2026
Rəsmi