Qubada koronavirus xəstələri evi tərk ediblər
08:47 27.11.2020
Arxiv
455
Son vaxtlar koronavirus testi pozitiv çıxan şəxslərin yaşayış yerlərini tərk etmələri ilə bağlı faktlar əsasında, karantin qaydalarına nəzarət daha da artırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar. Araşdırmalarla həmin şəxsin rayonun Amsar kənd sakini Süleyman Mütəllimov olduğu müəyyən edilib.
Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq S.Mütəllimov qaydaları pozaraq Qusar rayonuna getmək istəyib. Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobili ilə S.Mütəllimov yaşadığı ünvana geri qaytarılıb.
Gün ərzində şöbə əməkdaşları karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən daha iki şəxsi də aşkarlayıblar. COVİD-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən Şabran rayon sakini İlyas İsaqov və Bakı şəhər sakini Gülnaz Bağırova Quba rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.
Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.
Qeyd edilən faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə