Rakka İŞİD-dən alınır?

Ərəb, kürd və türkmən birliyi İŞİD- ə qarşı hərəkətə keçib



Rakkanın İŞİD dən alınması üçün əməliyyatlara başlanıb.

Sherg. az-ın "Agence France-Presse”-ə istinadən xəbərinə görə, bu barədə Suriya demokratik qüvvələrinin komandanının sözçüsü Cihan Şeyx Əhməd məlumat verib. 

O, qeyd edib ki, ABŞ tərəfindən dəstəklənən ərəb-kürd və türkmən birliyi Rakkanın İŞİD- dən azad olunması üçün əlindən gələni edəcək: 

"Artıq əməliyyatların birinci mərhələsi başlayıb. İŞİD-ə qarşı döyüşənlərin sayı 30 minə çatıb. Rakka məhz ərəb-kürd və türkmənlərdən ibarət qəhrəmanların sayəsində azad olunacaq”.


http://www.lemonde.fr/syrie/article/2016/11/06/des-forces-soutenues-par-washington-annoncent-avoir-lance-l-offensive-sur-rakka-fief-de-l-ei-en-syrie_5026246_1618247.html

Ayyət