Ramin Bayramlıdan koronavirusun müalicəsində gecikmə ilə bağlı AÇIQLAMA

“Virus insandan insana yoluxduqca, mutasiya olunmaq imkanı qazanır. Yuxarı tənəffüs yollarında xəstəliyin aşkar edilməməsi virusun mutasiyaya uğramaması demək deyil”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Sədr bildirib ki, xəstəliyin gecikmiş formasında tibb işçiləri bir sıra problemlərlə üzləşirlər:
“Belə hallarda xəstəliyin diaqnozu çətinləşir və xəstələrdən narkoz altında aşağı tənəffüs orqanlarından yaxma götürülür. Bu isə çətin prosedurdur”.