Ravvin: “Azərbaycanın azad edilmiş ərazilərində ruhlar şəhərinin şahidi oldum”
11:04 09.02.2021
Arxiv
421
Azərbaycanın azad edilmiş ərazilərində 30 ildir tamamilə məhv edilmiş ruhlar şəhərinin şahidi oldum.
Trend-in məlumatına görə, bunu azad edilən əraziləri ziyarət etmiş israilli ravvin Zamir İsayev İsrailin “Jerusalem Post” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında ötən il baş vermiş müharibə uzun müddət davam edən qarşıdurmaya son qoysa da, münaqişənin izləri və dağıntılar bu gün də qalmaqdadır:
“Səfərimin ən vacib nöqtəsi Zəngilan rayonu idi. Burada tikililərin çoxu demək olar sökülüb. Erməni işğalçıları qətiyyən həmin ərazidə məskunlaşmağı planlaşdırmayıblar və bu yerləri dağıtmağa çalışmaqla buranı özlərininki hesab etmədiklərini sübut ediblər”.
Ravvin həmçinin Azərbaycan ordusunda döyüşən yəhudilərin cəmiyyətimizin və bütün ölkənin qüruru olduqlarını əlavə edib.
Qeyd edək ki, Z.İsayev Bakıda anadan olub və İsraildə böyüyüb, lakin daha sonra yenidən Bakıya qayıdıb. Məzunlarının çoxu Azərbaycan torpaqlarının azadlığı üçün müharibədə iştirak edən yəhudi məktəbinin direktoru olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial