Rektor etiraz etdi, İrəvanda keçiriləcək iclas və seçki ləğv olundu
10:43 25.11.2020
Arxiv
399
Bakı Ali Neft Məktəbinin rektoru, Qara Dəniz Universitetləri Şəbəkəsinin üzvü Elmar Qasımovun müraciətləri nəticəsində Amerika Ermənistan Universitetinin rektoru Karin Markides Qara Dəniz Universitetləri Şəbəkəsinə Prezident seçilməyib.
Bundan başqa, cari ilin oktyabrında İrəvan şəhərində keçirilməsi nəzərdə tutulan Qara Dəniz Universitetlər Şəbəkəsinin Rektorlar Şurasının konfransı da ləğv olunub.
Qeyd edək ki, 2020-2022-ci illərdə Qara Dəniz Universitetləri Şəbəkəsinə prezidentlik etməsi üçün namizədliyi irəli sürülmüş K.Markides 2019-cu ildə Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizə qanunsuz səfər edib.
E.Qasımov Azərbaycan qanunvericiliyini pozmaqla yanaşı, beynəlxalq hüququn norma və prinisiplərinə, eləcə də Qara Dəniz Universitetlər Şəbəkəsinin Nizamnaməsinə də hörmətsizlik edən bir şəxsin Qara Dəniz Universitetlər Şəbəkəsinə Prezident seçilməsinə etiraz edib.
Rektorun Baş katib professor Eden Mamuta, eləcə də İcraçı şuranın üzvü olan 13 ali məktəbin rektoruna ünvanladığı rəsmi müraciətlər nəticəsində xanım Markidesin sözügedən qurumun prezidenti seçilməsinin və Rektorlar Şurasının konfransının İrəvanda keçirilməsinin qarşısı alınıb.
Məlumat üçün bildirək ki, Qara Dəniz Universitetləri Şəbəkəsi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qurumudur. Hazırda Şəbəkəyə müxtəlif ölkələri təmsil edən 120-dən artıq ali təhsil müəssisəsi üzvdür.
Yeni prezident seçkilərinin ləğv edilməsi ilə Şəbəkənin hazırkı prezidenti professor Perikles Mitkasın səlahiyyət müddəti də daha bir il uzadılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DÇ-26: Braziliya 1/8 finala çıxıb
23:21 29.06.2026
Futbol
Məmməd İsmayılın doğma kəndində bürüncdən büstü ucaldılıb
22:45 29.06.2026
Ədəbiyyat
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol