Roma şəhərinin meri Azərbaycana təşəkkür edib
09:27 14.12.2020
Arxiv
282
Roma şəhərinin tarixi ərazisi olan Fori İmperialidə yerləşən Via Alessandria küçəsində arxeoloji qazıntı işlərinin tamamlanması və həmin işlər vaxtı aşkarlanmış heykəltəraşlıq və memarlıq tapıntılarının təqdimatı ilə bağlı Roma şəhərinin meri Vircinia Racci, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və şəhərin digər rəsmilərinin iştirakı ilə Romanın məşhur Mercati di Traiano muzeyində mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Roma şəhərinin meri Vircinia Racci Via Alessandria küçəsində həyata keçirilmiş arxeoloji qazıntı işlərinin tamamlanması və onun nəticəsi olaraq nadir heykəltəraşlıq və memarlıq əsərlərinin tapılmasının Roma şəhərinin həyatında böyük hadisə olduğunu bildirib və müvafiq arxeoloji qazıntı işlərinin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasına dərin təşəkkürünü bildirib.
Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən səfir Məmməd Əhmədzadə multietnik və multikultural ölkə olan Azərbaycanın digər xalqların mədəniyyətinə də diqqət və qayğı ilə yanaşdığını, dünyanın müxtəlif ölkələrində tarixi, mədəni və dini abidələrin qorunması və bərpası məsələsini hər zaman diqqətdə saxladığını bildirib. Roma şəhərinin qədim irsinin bütün bəşəriyyətə aid olduğunu deyən diplomat əbədi şəhər və sivilizasiyanın beşiyi olan İtaliyanın paytaxtının Azərbaycanın qəlbində xüsusi yerinin olduğunu vurğulayıb. M.Əhmədzadə Roma şəhərinin Fori İmperiali ərazisindəki Via Alessandria küçəsində arxeoloji qazıntı işlərinin 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri vaxtı Roma şəhər Meriyası ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirlyi arasında imzalanmış müqavilə əsasında həyata keçirildiyini xatırladıb, həmin qazıntı işlərinin öz hədəflərindən daha da irəli getdiyini və bir sıra dəyərli tapıntıların aşkarlanmasına səbəb olduğunu deyib. Həmin arxeoloji tapıntıların bu ilin fevral ayında Prezident İlham Əliyevin İtaliya dövlər səfəri vaxtı Meriyanın binasındakı Culio Cesare zalında şəhərin meri Vircinia Raccinin təşkilatçılığı ilə keçirilmiş mərasimdə nümayiş etdirildiyini diqqətə çatdırıb. Diplomat hazırki mətbuat konfransının keçirildiyi Mercati di Traiano muzeyinin bu ilin 28 may tarixində Respublika Günü münasibətilə Azərbaycan Respublikasının bayrağının rəngləri ilə işıqlandırılmasına görə Roma şəhərinin merinə təşəkkür edib və bunun İtaliya xalqının Azərbaycana dostluğunun nümayişi olduğunu bildirib. M.Əhmədzadə Azərbaycan-İtaliya strateji tərəfdaşlığında Roma şəhərinin xüsusi rola malik olmaqda davam edəcəyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
11:35 25.09.2026
Gündəm
Dövlət qulluğu sahəsində yeni meyarlar müəyyənləşir
11:25 25.09.2026
Aktual