Ekspertlər, politoloqlar müzakirə aparır, aparıcı xanım Olqa Skabeyeva isə yayım ərzində xəritə üzəri ilə bir neçə dəfə o baş bu başa var-gəl edir. Yəni – Azərbaycan ərazisini “tapdalayır”. Bu, "tv etikası"na, jurnalist əxlaqına və siyasi əxlaqa nə dərəcədə uyğundur? Studiyanın ortasında bir ölkənin – hansı olur-olsun, bir dövlətin xəritəsini yerləşdirib üzəri ilə var-gəl etmək həmin dövlətin suverenliyinə hörmətsizlikdir. Bir halda ki, studiyanın divarı boyunca monitor var və orada da proqramın gedişatına uyğun görüntülər canlanır, döşəmədə xəritə yerləşdirməyə nə zərurət?
"Rossiya 1"in 60 dəqiqə hörmətsizliyinin cavabı olmalıdır
Məlahət Rzayeva
09:42 18.11.2020
Arxiv
895
Asəf Quliyev: "Biz rus imperiya düşüncəsindən başqa nə gözləyirdik ki?!"
Rusiya televiziyalarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qərəz aşkar hiss olunur. "Rossiya 1" telekanalında yayımlanan "60 dəqiqə" tok-şousunda Qarabağ müharibəsinə həsr olunan müzakirələrdə studiyanın mərkəzində - döşəmədəki monitorda Azərbaycanın xəritəsi Dağlıq Qarabağ ərazisi xüsusi rənglə fərqləndirilmiş halda (“şimal zona”, “cənub zona” və ətraf bölgələr) əks olunub.
Ekspertlər, politoloqlar müzakirə aparır, aparıcı xanım Olqa Skabeyeva isə yayım ərzində xəritə üzəri ilə bir neçə dəfə o baş bu başa var-gəl edir. Yəni – Azərbaycan ərazisini “tapdalayır”. Bu, "tv etikası"na, jurnalist əxlaqına və siyasi əxlaqa nə dərəcədə uyğundur? Studiyanın ortasında bir ölkənin – hansı olur-olsun, bir dövlətin xəritəsini yerləşdirib üzəri ilə var-gəl etmək həmin dövlətin suverenliyinə hörmətsizlikdir. Bir halda ki, studiyanın divarı boyunca monitor var və orada da proqramın gedişatına uyğun görüntülər canlanır, döşəmədə xəritə yerləşdirməyə nə zərurət?
Peşəkar jurnalist Asəf Quliyev “Şərq”ə açıqlamasında “Rossiya 1” telekanalındakı “60 dəqiqə” tok-şousunun studiya dizaynının onun diqqətini cəlb etdiyini dedi:
- Sözsüz ki, bu, xoşagəlməz olaydır. Həmişə bu proqrama tamaşa edən zaman studiyanın quruluşu diqqətimi cəlb edib. Və həmişə döşəmədəki monitorlarda təqdim olunan görüntülər diqqətimi çəkib. Bu proqramı vaxtaşırı izləyən bir tamaşaçı kimi həmişə döşəmədə olan görüntülərə diqqət yetirmişəm. Və bu görüntülərlə müəlliflər sətiraltı mesajlar ötürüblər.
Məlumdur ki, bu proqram Rusiyanın imperiya mahiyyətinin təzahürləri ilə “zəngin” olur. Görünür, bu proqramın müəllifləri studiyanın dizayn edilməsində də tamaşaçıya ötürüləcək mesajların mahiyyətinə dəstək verəcək görüntülərin olmasını da düşünüblər. Belə məsələlər heç vaxt təsadüfən olmur. Məsələn, hansısa bir görüntünün Rusiya dövlətinin maraqlarına xələl gətirəcək formada döşəmədə efirə verilməsi ilə indiyədək rastlaşmamışam. Əksinə, döşəmədə Ukraynanın, ABŞ-ın simvolu hesab edilə biləcək görüntülər həmişə gen-bol istifadə olunub. İndi də Azərbaycan.
Bəs bu məsələyə hansı qurum reaksiya verməlidir? MTRŞ, Mətbuat Şurası, Prezident Administrasiyası? A.Quliyev qeyd etdi ki, ilk növbədə cəmiyyət:
- Rəsmi etiraza 100 bəhanə ilə cavab verəcək və özlərini haqlı çıxaracaqlar. Proqram müəllifləri kifayət qədər hazırlıqlı, peşəkarlardı. Bu dizaynı düşünənlər bunu necə əsaslandıracaqlarını da, şübhəsiz, düşünüblər. Ona görə də rəsmi qurumlardansa cəmiyyət cavab verməlidir. Bir də ki, biz rus imperiya düşüncəsindən başqa nə gözləyirdik ki?!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur