Ruhani İranın nüvə aliminin qətlində İsraili ittiham edib
09:42 28.11.2020
Arxiv
407
İranın Prezidenti Həsən Ruhani İranın nüvə alimi Möhsün Fəhrizadənin qətlində İsraili ittiham edib.
Bu barədə “Reuters” xəbər yayıb.
Dövlət başçısı bu cinayətin ölkənin nüvə sənayesinin inkişafını ləngitməyəcəyini söyləyib.
“Şəhid Fəhrizadənin qətli düşmənlərimizin ümidsizliyini və nifrətlərinin dərinliyini göstərir... Onun şəhid olması qazandığımız uğurları dayandırmayacaq”, - deyə Ruhani bildirib.
Bundan əvvəl İranın Müdafiə Nazirliyi Fəxrizadənin qurumun nəzdindəki tədqiqat və innovasiya təşkilatının rəhbəri olduğunu təsdiqləmişdi.
Noyabrın 27-də Fəxrizadə silahlı hücuma məruz qalıb. Mühafizəçiləri ilə hücumçular arasında baş verən toqquşma zamanı ağır yaralanan alim xəstəxanada ölüb.
Hücum Tehran vilayətinin Absard şəhərində baş verib.
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif nüvə aliminin qətlində İsrailin iştirakına dair dəlillərə işarə edib. Nazir eyni zamanda beynəlxalq birliyi, xüsusilə Avropa İttifaqını ikili standartlar siyasətinə son qoymağa və dövlət terrorizmi aktını qınamağa çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya
Astanada Qazaxıstan və Gürcüstan liderlərinin görüşü oldu
15:24 29.06.2026
Dünya
Azərbaycanda 63 yaşlı qadın ana oldu - 38 ildən sonra...
15:23 29.06.2026
Cəmiyyət
“Beşiktaş”a “Barselona”dan gənc yarımmüdafiəçi təklifi
15:20 29.06.2026
Futbol
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
15:08 29.06.2026
Hadisə
CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı
14:33 29.06.2026
Siyasət
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya