Rusiya ordusunda koronavirusa yoluxanların sayı açıqlandı


Rusiya ordusunda koronavirusa yoluxanların sayı ilk dəfə açıqlanıb.

“RİA Novosti” ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər yayıb.

14 hərbi qulluqçunun və Tümen Ali Hərbi Mühəndislik Komandanlığı Məktəbinin (TVVIKU) bir mülki işçisinin testlərinin müsbət nəticə verdiyi açıqlanıb.

Virusa yoluxanların karantində olduqları qeyd edilib.