Rusiyada nazir müavini itkin düşdü

Moskva vilayəti mədəniyyət nazirinin müavini Leonid Oşarin itkin düşüb.
Lent.az -ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, Oşarin martın sonunda Krasnodar vilayətinə gedib. Bir müddət orda qalandan sonra taksi ilə Yalta şəhərinə yollanıb. Həmin vaxtdan ondan xəbər yoxdur.
Oşarini regiondakı bütün xəstəxanalarda, meyitxanalarda axtarsalar da, tapa bilməyiblər. Hazırda onun axtarışı davam edir.