Rusiyalı müğənni koronavirusa yoluxub
17:34 12.05.2020
Arxiv
702
Rusiyalı pop ifaçı Vlad Sokolovski koronavirusa yoluxub.
Oxu.Az xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında məlumat verib.
Ötən həftə sənətçi özünü pis hiss edib. Güclü öskürən və hərarətinin qalxdığını görən müğənni dərhal həkimə müraciət edib. Təcili tibbi yardımın həkimləri Sokolovskidən test nümunələri götürüblər. Testin nəticələri müsbət çıxıb.
Vlad ünsiyyətdə olduğu insanları artıq xəstəliklə bağlı xəbərdar etdiyini bildirib:
“Bu həftə gözdən itdim. Səbəb isə budur ki, xəstələnmişəm. Üç gün davam edən və 39.2-yə çatan hərarətim, bəlğəmli öskürəyim var idi. Çərşənbə günü zəng etdim və test götürən həkimləri evə çağırdım. Lakin onlar cümə axşamı evə gəldilər. Testi həkimlər mənimlə təmas etmədən verdilər. Mən də boğazımdan və ağız boşluğumdan nümunələr götürdüm”.
Qeyd edək ki, 28 yaşlı Vlad Sokolovski iki il öncə həyat yoldaşı Marqarita Gerasimoviçlə (red: müğənni Rita Dakota) qalmaqallı şəkildə boşanıb. Cütlüyün üç yaşlı Mia adlı qız övladı var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat