Rusiyalı politoloqdan senssasion sözlər: “Bəlkə də bir neçə saatdan sonar Azərbaycan ordusu…”
14:55 24.10.2020
Arxiv
474
“Azərbaycan Dağlıq Qarabağ müharibəsində qələbəyə yaxınlaşır”.
"Sherg.az"ın Azərtaca-az istinadən məlumatına görə, bu barədə Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov özünün “Facebook” səhifəsində yazıb.
Politoloq qeyd edib ki, bəlkə də bir neçə saatdan sonra Azərbaycan ordusunun tutacağı mövqelər Ermənistanla Dağlıq Qarabağı cənubdan əlaqələndirən Laçın dəhlizini atəşlə bloklamağa imkan verəcək.
S.Markov yazıb:
“Şimal dəhlizi təqribən bir həftə bundan əvvəl bloklanıb. Orada hər şey atəş altındadır. Azərbaycan ordusu havada tam üstünlüyə malikdir. Dağlıq Qarabağın cənub dəhlizi mühasirəyə alınandan sonra Ermənistan ordusu ümidsiz vəziyyətə düşəcək. O halda müharibənin davam etdirilməsi erməni ordusunun hərbi formasını geymiş insanları məhv etməyə bərabər olacaq. Bu, heç kimə gərək deyil. Ona görə də düşünürəm ki, bu qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyev atəşi dayandırmağa və danışıqlara başlamağa hazır olduğunu bildirəcək”.
Onun fikrincə, bu danışıqlar artıq atəşkəs barədə deyil, sülh haqqında olacaq. Rusiyalı politoloq vurğulayıb:
“Danışıqlar sülhün şərtləri barədə, Ermənistan qoşunlarının Azərbaycanın bütün ərazisindən tamamilə çıxarılması şərtləri haqqında və erməni əhalinin vəziyyəti haqqında olacaq. Həmin danışıqlarda əsas təşkilatçı və vasitəçi Rusiya olacaq. Vladimir Putinin çıxışı məhz bu barədə idi, hərçənd o vaxt bunu hamı başa düşmədi. Putin isə artıq bilirdi ki, bir neçə saatdan sonra regionda geosiyasi vəziyyət əsaslı şəkildə dəyişəcək. Azərbaycanın müharibədə qələbəsi yaxınlaşır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil
ATƏT tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayır - ŞƏRH
17:13 04.08.2026
Gündəm
Gürcüstan və ADB arasında 250 milyon dollarlıq saziş imzalanıb
17:03 04.08.2026
Region
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə