Rusiyanın "Dojd" telekanalında işğaldan azad olunmuş Ağdam və Füzuli rayonları barədə süjet yayımlanıb
04:14 01.12.2020
Arxiv
493
Rusiyanın “Dojd” telekanalında işğaldan azad olunmuş Azərbaycan torpaqlarında mülki şəxslərin minaya düşərək həlak olması, eləcə də həmin ərazilərdə infrastrukturun tamamilə məhv edilməsi barədə süjet yayımlanıb. Qeyd olunub ki, uzun illər işğal altında saxlanılmış kəndləri boşaldan zaman erməni hərbi birləşmələri orada minalar basdırıb ki, bu da öz doğma yurdlarına qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının ölümünə səbəb olan faciəvi hadisələrlə nəticələnir.
APA xəbər verir ki, telekanalın aparıcısı Pavel Lobkov bir neçə gün əvvəl Füzulidə mülki şəxslərin olduğu “Toyota” markalı avtomobilin tankəleyhinə minaya düşməsi və dörd nəfərin həlak olmasına toxunub və bu ərazilərə dinc əhalinin qayıtmasının bir müddət təhlükəli ola biləcəyini vurğulayıb.
Füzuli rayonundan canlı bağlantıyna qoşulan telekanalın əməkdaşı Vladimir Romenski isə erməni işğalı nəticəsində Azərbaycanın şəhər və rayonlarının xarabalıqlara çevrilməsindən danışıb. O, Ağdamı “ruhlar şəhəri” adlandıraraq, burada bir dənə də olsun salamat binanın qalmadığına diqqət çəkib.
Ağdamdan bəhs edən süjetdə, həmçinin salamat qalmış yeganə binanın məscid olması və işğaldan azad olunduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin bu məscidi ziyarət etməsi, Müqəddəs Məkkə şəhərindən gətirdiyi “Qurani-Kərim” kitabını bu məscidə bağışlamasına da toxunulub. Ağdam məscidinin yerli sakinlər üçün müqəddəs olmasından bəhs edilib, eləcə də yalnızca fasadı qalan Ağdam Dram Teatrının üzücü mənzərəsi təqdim olunub.
Daha sonra Füzuli rayonunun xarabalıqları, ermənilər tərəfindən dağıdılmış qəbiristanlıq və məhv edilmiş infrastruktur göstərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
10:33 29.06.2026
Mədəniyyət