Saakaşvili Odessanın qubernatoru vəzifəsindən istefa verib





Mixail Saakaşvili Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsindən istefa verdiyini açıqlayıb.

APA-nın məlumatına görə, o, bunu "Facebook”da canlı mətbuat konfransı zamanı bəyan edib.

Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş İdarəsinin rəisi Giorgi Lordkipanidze də istefa verib.