Sabah yağış yağacaq - PROQNOZ
10:41 09.09.2020
Arxiv
504
Sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 28-31, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda heyvanlar kütləvi qırılır
19:02 06.07.2026
Hadisə
Tramp FİFA-ya zəng etdi
18:53 06.07.2026
Futbol
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
18:51 06.07.2026
Ölkə
Quran siyasət kitabı deyil- DİNŞÜNAS
18:46 06.07.2026
Siyasət
Valideynlər uşaqlara nümunə olmalıdır - Psixoloqdan XƏBƏRDARLIQ
18:21 06.07.2026
Cəmiyyət
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region
Bakı-Naxçıvan reysləri təxirə salınıb
17:19 06.07.2026
Ölkə
NATO Baş katibi Mark Rutte Türkiyəyə gəlib
17:11 06.07.2026
Region
Bu il dövlət büdcəsinə 8 mlrd. manatdan çox vergi daxil olub
16:56 06.07.2026
İqtisadiyyat
Filipe Luis "Monako"nun yeni baş məşqçisi olub
16:47 06.07.2026
Futbol
Paşinyan Mişustinlə görüşdə Rusiya ilə əməkdaşlıqdan danışıb
16:38 06.07.2026
Region
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
16:35 06.07.2026
Ekologiya
Azərbaycan futboluna ağır itki: Əməkdar məşqçi vəfat etdi
16:29 06.07.2026
Futbol