Sahibə Qafarova deputat köməkçiləri ilə bağlı problemdən DANIŞDI
09:03 17.04.2020
Arxiv
650
“Kimsə dövləti aldatmaq istəsə, qara paltarlı oğlan mütləq onun yanında dayanacaq”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihələrinin müzakirəsi zamanı deputat Aydın Mirzəzadə deyib.
O bildirib ki, Operativ Qərargah torpaq sahəsi olan işsiz insanlara 190 manatın verilməməsi ilə bağlı məsələyə yenidən baxmalıdır: “Kiminsə kənddə pay torpağını becərib-becərmədiyini öyrənmək elə çətin deyil. Kimsə dövləti aldatmaq istəsə, qara paltarlı oğlan mütləq onun yanında dayanacaq”.
Deputat Sabir Rüstəmxanlı isə artıq deputat köməkçilərinin işə götürülməli olduğunu bildirib: “Rayondakı köməkçimə bir söz deyə bilmirəm. Çünki rəsmi olaraq işdə deyil. Biz artıq camaatla işimizi necə qurmalı olduğumuzu müəyyənləşdirməliyik. Bizə seçicilərimizlə görüşmək imkanı da yaradılmalıdır. Deputatların rayonlara getməsi üçün rəsmi icazə olmalıdır”.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, hələ bir çox deputatın sənədləri hazır deyil: “Çox təəssüf ki, bəzi deputatların köməkçiləri Bakı qeydiyyatında olsa da, guya hansısa rayonda deputat köməkçisi kimi fəaliyyət göstərmək istəyir. Yəni bir çox sənəd qaydasında deyil. Yəni yeganə problem sənədlərin qaydasında olmamasıdır. Biz fərdi olaraq, heç bir deputatın köməkçisini qeydiyyata ala bilmərik. Deputatlar da məsələnin həllində iştirak etsinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media