Sahibə Qafarova: “...Ermənistan böyük müharibəyə hazırlaşır”
16:54 22.09.2020
Arxiv
625
“Dağlıq Qarabağ problemi təkcə Azərbaycan üçün deyil, bütün region üçün ağrılı münaqişədir və artıq 30 ildən artıqdır ki, mövcuddur”.
APA nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə bildirib.
O qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması və 1 milyon qaçqının mövcudluğu çox böyük problemdir: “Münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, NATO-nun, AŞPA-nın, ATƏT-in qəbul etdiyi sənədlər bu gün də icra olunmamış qalır. Ermənistan bu beynəlxalq təşkilatları saymır və təəssüf ki, Ermənistana beynəlxalq birlik tərəfindən adekvat reaksiya göstərilmir. 1994-cü ildə atəşkəs haqqında Bişkekdə razılaşma imzalanmasına baxmayaraq atəş demək olar ki, bir gün də kəsilməyib. Bu atəşlər nəticəsində dinc əhali, yaşlılar, uşaqlar qətlə yetirilir.
Ermənistanın sonuncu ən təhlükəli təxribatı isə bu il iyulun 12-də baş verdi. Bu ona görə çox təhlükəli idi ki, bu hadisələr Qarabağda yox, Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu hissəsində baş verdi. Nəticədə hərbi qulluqçular, dinc əhali həlak oldu, dağıntılar baş verdi. Bu təxribatlar bu gün də davam edir və Müdafiə Nazirliyinin məlumatına görə, dünən də Azərbaycanın bir hərbi qulluqçusu həlak olub. Hadisələrin gedişatı onu göstərir ki, Ermənistan böyük müharibəyə hazırlaşır. Münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun həmsədri kimi biz Rusiyanın problemin tezliklə aradan qalxmasında səylərini artıracağına ümid edirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya