Sahil Babayev beynəlxalq təşkilatlara Ermənistanın növbəti hərbi təxribatı barədə müraciət ünvanlayıb
09:34 09.10.2020
Arxiv
400
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev digər ölkələrdəki həmkarlarına və nazirliyin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların rəhbər şəxslərinə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və sentyabrın 27-dən törətdiyi növbəti hərbi təxribat barədə rəsmi müraciət ünvanlayıb.
Müraciətdə sentyabrın 27-dən başlayaraq Azərbaycanın hərbi birləşmələrinin mövqelərinin, yaşayış ərazilərinin Ermənistan tərəfindən ağır artilleriya atəşlərinə məruz qaldığı qeyd olunur. Nəticədə Azərbaycan tərəfindən hərbi qulluqçuların, içərisində uşaqlar, qadınlar, qocalar da olmaqla 30 mülki şəxsin həlak olduğu, 143 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, 66 mülki obyektin, 427 fərdi yaşayış evinin yararsız vəziyyətə düşdüyü diqqətə çatdırılır. Ermənistanın bununla beynəlxalq humanitar və insan hüquqlarını kobud şəkildə pozduğu, eyni zamanda riyakar və destruktiv siyasət aparan bir ölkə olduğunun təsdiqini tapdığı bildirilir.
Ermənistan silahlı qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan ordusunun əks-hücum əməliyyatına başladığı qeyd edilir. Eyni zamanda, beynəlxalq humanitar hüquq normaları rəhbər tutulmaqla ordumuzun bu hərbi əməliyyatlarının mülki əhaliyə, obyektlərə və infrastruktura yönəlmədən aparıldığı, Silahlı qüvvələrimizin beynəlxalq səviyyədə tanınan öz ərazilərimizdə döyüşdüyü diqqətə çatdırılır.
Müraciətdə həmçinin, Ermənistan rəhbərliyinin danışıqlar prosesini pozmaq niyyətində olduğu, Ermənistan baş nazirinin "Qarabağ Ermənistandır" açıqlamasının danışıqlar prosesinə ciddi zərbə vurduğu bildirilir.
Qeyd edilir ki, bütün bunlar danışıqların formatını dəyişdirmək cəhdi kimi qiymətləndirilməlidir. Bu faktı ATƏT-in Minsk qrupunun həmsədrləri də təsdiqləyir. Eyni zamanda, Ermənistan Cenevrə Konvensiyasından irəli gələn beynəlxalq hüququ ciddi şəkildə pozaraq, xarici vətəndaşları Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşdirir.
Bildirilir ki, Azərbaycanın torpaqlarının 20 faizi 30 ildir Ermənistanın işğalı altındadır. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin 30 ilə yaxındır ki, Ermənistan bu qətnamələrə məhəl qoymur.
Müraciətdə təcavüzkar dövlət olan Ermənistana qarşı beynəlxalq sanksiyaların tətbiq olunmasının vacibliyi qeyd edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual
Almaniya Kansleri Trampa cavab verib
17:42 03.07.2026
Dünya
Ursula fon der Lyayenin mesajı yeni reallığı ortaya qoydu - ŞƏRH
17:41 03.07.2026
Gündəm
Uşaq bağçalarında qida normaları təcili yenilənməlidir
17:20 03.07.2026
Cəmiyyət
Xalqın dəstəyi İlham Əliyevin əsas siyasi gücüdür - Əkbər Qoşalı
17:16 03.07.2026
Gündəm
Ağdamda ağır qəza: 6 nəfər...
16:49 03.07.2026
Hadisə