Şair Səlim Babullaoğlu koronavirusdan sağaldı

Şair, tərcüməçi Səlim Babullaoğlu koronavirusdan sağalıb. 
Oxu.Az xəbər verir ki, o, bununla bağlı “Facebook” hesabında məlumat verib. 
Şairin sözlərinə görə, son testlərinin nəticəsi neqativ çıxıb:
“Artıq evdəyəm. Səhhətim normaldır. Bərpa prosesi keçməliyəm. Bütün dostlara, həkimlərə təşəkkür edirəm”.
Qeyd edək ki, koronavirusa yoluxan S.Babullaoğlu iyunun 18-də xəstəxanaya yerləşdirilmişdi.