Şamaxıda evə girən oğru yaşlı ər-arvadı vəhşicəsinə döydü - FOTO
14:26 28.08.2020
Arxiv
531
Şamaxıda gecə evə girən oğru 80 yaşlı kişini və 72 yaşlı qadını döyüb.
Bu barədə Trend-ə zərərçəkmiş şəxs Zərifə Niyazovanın bacısı Xədicə xanım bildirib.
Onun sözlərinə görə, bir neçə gün əvvəl gecə evə girən oğru maskalı olub və evdə pul tapmayanda ərlə arvadı əsa ilə döyüb:
“Hadisə avqust ayının 23-ü, gecə saat 02 radələrində Şamaxı şəhərində yerləşən Hüseyn Ciddi küçəsi, ev 11-də baş verib. Evdə həmin vaxt bacım Zərifə Niyazova və əri Polad Niyazov olub.
Oğru evə girdiyi zaman hər iki şəxs yatmış vəziyyətdə olublar, ancaq səsə Polad oyanıb.
Öncə elə bilib ki, xanımıdır, şkafda nəsə axtarır, ancaq səs etdikdən sonra oğru üzünü çevirib və maskada olduğunu görüb. Bu vaxt oğru hücum edib və əlində olan əsa ilə üz-gözünə vurub, burnunu sındırıb. Bu zaman səsə bacım oyanıb və yerindən belə qalxa bilməyib, qışqırmağa başlayıb. Oğru kişini huşsuz hala saldıqdan sonra bacımı döyüb və sonra bıçağı boğazına dirəyərək pul istəyib”.
Z.Niyazovanın bacısı qeyd edir ki, ailənin bu yaxınlarda oğlu rəhmətə gedib və evin sonuncu pulunu rəhmətə gedən şəxsin baş daşına veriblər. Bu barədə oğruya da bildiriblər: “Oğruya evdə pul olmadığını dedikdə, o, daha da əsəbiləşib və qadını yumruqlamağa başlayıb. Elə bu zaman bacım oğrunun üzündə olan qara maskanı çıxarıb, ancaq ev qaranlıq olduğundan oğrunun kimliyini dəqiqləşdirə bilməyib. Üzünün görünməsini istəməyən oğru qadını da huşsuz hala salaraq evdən qaçıb”. Əlavə edək ki, hadisədən dərhal sonra zərərçəkmiş şəxslər polisə müraciət ediblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:54 07.07.2026
Gündəm
Ukrayna Rusiyanın 8 tankerini vurdu
13:49 07.07.2026
Dünya
Ekoloji izi azaldan təlim: “Yaşıl Yol Xəritəsi” Gəncədə
13:44 07.07.2026
Ölkə
Türkiyənin hərbi üstünlüyünün sirri... - Gülər
13:32 07.07.2026
Gündəm
Buna görə cərimələr müəyyənləşir
13:28 07.07.2026
Gündəm
Pensiyalar nə vaxt veriləcək?
12:26 07.07.2026
Sosial
Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTO
12:12 07.07.2026
Gündəm
Mərdəkanda dənizdə nəzarətsiz ərazidə 16 yaşlı oğlan batıb
12:06 07.07.2026
Hadisə
Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
11:59 07.07.2026
Aktual
Abşeronda silah-sursat tapıldı - VİDEO
11:49 07.07.2026
Hadisə
Şavkat Mirziyoyev İordaniya XİN başçısını qəbul etdi
11:34 07.07.2026
Dünya
Baş nazir İstanbulda turist oldu: Tarixi məkanları ziyarət edib
11:34 07.07.2026
Gündəm
İndoneziyada Levotobi vulkanı yenidən püskürdü
10:35 07.07.2026
Hadisə
Tramp, Makron və NATO-ya üzv 32 ölkənin lideri Türkiyədədir
10:28 07.07.2026
Gündəm