Şarj olunan telefon 8 yaşlı uşağı öldürdü




Rusiyanın Velikiy Novqorod şəhərinin 8 yaşlı sakinini elektrik cərəyanı vurub.

İKT.lent.az-ın "lenta.ru” saytına istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan 8 yaşlı qız uşağı şarjda olan mobil telefonu əlində tutarkən onu cərəyan vuraraq öldürüb. Hadisə fevralın 18-də baş verib. Hadisə yerinə gələn təcili yardım həkimləri uşağı xilas edə bilməyiblər.

Smartfonun markası barədə məlumat verilməyib. Fakt üzrə araşdırma aparılır.