Sədərək işləyir, yoluxma sayı artacaq - 5 manat ver, alver elə...
10:27 18.09.2020
Arxiv
1221
"Karantin ola-ola insanların bu cür hərəkətlərə yol verməsi qanun pozuntusudur"
Karantin rejimi ilə əlaqədar ölkədə iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilməsə də, “Sədərək” və “Binə” ticarət mərkəzləri onlayn ticarət adı altında fəaliyyət göstərir. Müştərilərin mühafizəçilərə 5 manat verərək iri ticarət mərkəzlərinin ərazisinə daxil olduqları bildirilir. Bu məsələ cəmiyyətdə hər kəs tərəfindən birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı AVCİA-nın eksperti Məhərrəm Zülfüqarlı "Şərq"ə açıqlamasında bildirib ki, bu cür qanun pozuntularının baş verməsinin başlıca səbəbi Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla bağlı mətbuata verdiyi ziddiyyətli açıqlamaları ilə əlaqədardır. Onun sözlərinə görə, insanlar bu məlumatları oxuyaraq onlarda virusa qarşı inamsızlıq formalaşır:
"Hazırda müşahidə edirik ki, cəmiyyətdə maska taxanların sayı azdır. Hətta maska taxanlara hərdən kənardakı adamlar da qəribə baxır. İnsanların bu cür davranışlarının başlıca səbəbi inamsızlıqdan qaynaqlanır. Virusla bağlı mübarizə tədbirlərində çoxlu boşluqlar var. Bu gün cəmiyyət qarşısına tanınmış simaların çıxarılması daha məqsədəuyğundur".
“Sədərək” və “Binə” ticarət mərkəzlərinin onlayn ticarət adı altında fəaliyyət göstərməsi məsələsinə gəlincə, ekspert hesab edir ki, belə məsələlərdə kimlərisə cəzalandırmaqdansa, təbliğatın gücləndirilməsi lazımdır:
"Bu gün insanlar arasında maarifçiliyin artırılmasına çox ehtiyac var. Elə etmək lazımdır ki, insanlar real təhlükəni dərk edə bilsinlər. Yəni bütün məsələlərin başında sadə insan amili dayanmalıdır. Gündəlik çörək pulu qazanan, təhsil haqqını ödəməli olan insanları da fikirləşmək lazımdır.
Müntəzəm olaraq, rüşvətə, qanun pozuntusuna qarşı mübarizə aparılsa da, bu gün yenə də belə neqativ hallara rast gəlmək mümkündür. Karantin ola-ola insanların bu cür hərəkətlərə yol verməsi qanun pozuntusu olmaqla yanaşı, yoluxmanın artmasına da səbəb ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
“Yaprak Dökümü”nün “Aslı”sı illər sonra
05:35 29.10.2026
Şou
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya