Səfir İran üzərindən Ermənistana silah daşınmasına münasibət bildirdi
13:08 15.09.2020
Arxiv
611
Azərbaycan-İran münasibətləri dünən yaranmayıb ki, onu dezinformasiya ilə korlamaq mümkün olsun.
“Report” xəbər verir ki, bu sözləri jurnalistlərin Rusiyanın İran ərazisindən istifadə etməklə Ermənistana silah göndərməsi ilə bağlı məsələsinə münasibət bildirən İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi deyib.
“Bizim bölgədəki məsələlərə dair mövqeyimiz aydındır. Azərbaycanla əlaqələrimizin inkişafına maneə yoxdur. Biz Ermənistanla adi qonşuluq münasibətlərinə malikik. İran heç vaxt qonşu, dost və müsəlman Azərbaycana qarşı hər hansı işlərin qarışdırılmasına yol verməz. Mən şəxsən İranda olarkən bu sualı aydınlaşdırmışam. Biz Azərbaycana qarşı İran üzərindən Ermənistana silah tədarükünü inkar edirik. Bizə verilən məlumata görə və Rusiya Müdafiə Nazirliyinin rəhbərinin dediyi kimi söhbət hansısa inşaat materiallarının çatdırmasından gedib”, - deyə Seyid Abbas Musəvi söyləyib.
İranın Azərbaycana yeni təyin olunmuş səfiri qeyd edib ki, adətən təxribat xarakteri daşıyan oxşar informasiyalara xüsusi ehtiyatlılıqla yanaşmaq lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə