Şəhriyar Məmmədyarov: "Sevincimin həddi-hüdudu yoxdur"
16:44 20.10.2020
Arxiv
521
“Nəhayət ki, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı”.
Pravda.az-ın məlumatına görə, bu sözlər Azərbaycan yığmasının şahmatçısı Şəhriyar Məmmədyarova məxsusdur.
35 yaşlı qrossmeyster Azərbaycan Ordusunun Zəngilan şəhərinin və daha bir neçə kəndinin işğaldan azad etməsinə münasibət bildirib. Əslən Zəngilandan olan milli üzvü feysbuk səhifəsi vasitəsilə sevincini bölüşüb: “Sevincimin həddi-hüdudu yoxdur. Təşəkkür edirik, Ali Baş Komandanımız, təşəkkür edirik, Azərbaycan əsgəri! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Qarabağ Azərbaycanın olacaq!”
Şəhriyarın sevincinə bacısı Türkan Məmmədyarova da şərik olub. Yığmamızın əsas simalarından sayılan xanım şahmatçı hər iki valideyninin zəngilanlı olduğunu xüsusi vurğulayıb: “Zəngilan işğaldan azad olundu, sevincimizin həddi yoxdur. Mən Zəngilanı çox az xatırladığım halda (işğal olunanda 4 yaşım var idi) sevinc göz yaşlarım sel kimi axdısa, orada həyatları keçənlərin sevincini təsəvvür edə bilmirəm. Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin...”
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində Füzuli rayonu (Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri), Cəbrayıl rayonu (Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri), Xocavənd rayonu (Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri) və Zəngilan rayonunun (Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri) işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.Apasport
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil