Şeyx Vyanada Qarabağ münaqişəsindən danışdı
10:17 15.09.2020
Arxiv
478
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Avstriyanın paytaxtı Vyanada KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının iclasında iştirak edib.
QMİ-dən verilən məlumata görə, iclasda çıxış edən QMİ sədri KAICIID Baş katibi Feysal bin Muammara və Direktorlar şurasının üzvlərinə Azərbaycan və Qafqaz müsəlmanlarının səmimi salamlarını, dövlət başçımızın xeyir-dualarını çatdırıb.
O, videokonfransın gedişində pandemiya səbəbindən öncədən nəzərdə tutulan görüşlərin müvəqqəti təxirə salındığını, lakin proqram üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi yönündə səylərin davam etdirildiyini vurğulayıb.
Tədbirin gedişində bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemi ilə bağlı, KAİCİİD-in inkişaf strategiyası ətrafında müzakirələr aparılıb, qurumun idarəçiliyinə dair struktur dəyişikliklər edilib.
A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində təsis olunmuş “Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin (BCIC) KAİCİİD Dialoq Mərkəzi ilə müştərək fəaliyyət istiqamətlərinin perspektivləri barədə Şura üzvlərini məlumatlandırıb. O, postpandemiya dövründə müxtəlif lokal və beynəlxalq tədbirlərin keçiriləcəyini və həmin tədbirlərdə dinlər və sivilizasiyalar arası əməkdaşlıq ideyalarının davamlı təbliğinin prioritet olacağını bəyan edib.
KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvləri A. Paşazadənin Nobel Sülh mükafatı kimi nüfuzlu bir təltifata namizədliyinin təsdiqi xəbərini yekdilliklə bəyənərək, beynəlxalq qurum olaraq, bu mötəbər təqdimata dair müsbət rəylərini müvafiq ünvana yönəltmək iradələrini ifadə edbilər.
İyul ayında Azərbaycan-Ermənistan sərhəddində baş vermiş erməni təxribatı barədə iclas iştirakçılarını məlumatlandıran A.Paşazadə 20 faiz torpaqlarımızı zəbt etmiş Ermənistan tərəfinin aqressiyasının miqyasının artması, mülki əhalini hədəf alması və işğal olunmuş ərazilərimizdə dini abidələrə təcavüz etməsi səbəbindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli istiqamətində səylərin nəticəsiz qalmasını Şura üzvlərinin diqqətinə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dubay aeroportunda qatı tüstü müşahidə olunur
19:05 08.05.2026
Son dəqiqə
AFFA 2026/27 mövsümü üçün bu klublara lisenziya verdi
18:51 08.05.2026
Futbol
Azərbaycan 30 illik münaqişəni milli birliklə həll etdi
18:34 08.05.2026
Gündəm
Rasmussen: NATO-nun dağılması prosesi başlayıb
18:24 08.05.2026
Dünya
Sabah Azərbaycandan Ermənistana 8 vaqon dizel göndəriləcək
18:08 08.05.2026
İqtisadiyyat
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm