Şeyxülislam BMT Baş Katibinin müavininə Ermənistanın vəhşiliyi barədə məlumat verib
10:46 26.10.2020
Arxiv
437
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə BMT Baş Katibinin müavini, qurumun Sivilizasiyalar Alyansının Yüksək Nümayəndəsi Migel Anhel Moratinos arasında video konfrans formatında görüş keçirilib.
İdarədən Lent.az -a verilən məlumata BMT rəsmisi Azərbaycan dövlətinin mədəniyyətlərarası və dinlərarası əməkdaşlığın inkişafında, ümumbəşəri dəyərlərin qorunub saxlanılmasında böyük rolunu qeyd edib. Migel Anhel Moratinos ötən il Azərbaycana səfərini, Dünya Dini Liderlərinin II Bakı Sammitində iştirakını və QMİ sədri ilə çoxsaylı görüşlərini məmnunluqla xatırladığını bildirib. Şeyxülislam həzrətrlərinə regionun dini lideri olaraq böyük rəğbət bəslədiyini bir daha diqqətə çatdıran BMT Baş Katibinin müavini QMİ sədrinin sülh və sabitliyin əldə edilməsi istiqamətdəki səylərini yüksək qiymətləndirib.
Şeyxülislam Allahşükür Paşazadə cənab Moratinosa son günlər Azərbaycan dövlətinin öz ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlar, Ermənistanın vasitəçi dövlətlərin səyi ilə əldə edilən humanitar atəşkəsi dəfələrlə kobud surətdə pozması, dinc əhaliyə qarşı vəhşilik törətməsi və bunun nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla 65 nəfərin həlak olması barədə ətraflı məlumat verib, dünya ictimaiyyətini bu cinayətə qarşı biganə qalmamağa çağırıb.
Video konfrans formatında keçirilən görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirə aparıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil
ATƏT tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayır - ŞƏRH
17:13 04.08.2026
Gündəm
Gürcüstan və ADB arasında 250 milyon dollarlıq saziş imzalanıb
17:03 04.08.2026
Region
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət