Şirvanda karantin qaydalarını pozan 104 nəfər cərimə olunub
16:31 21.12.2020
Arxiv
457
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi Şirvan şəhərinin giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar aparılması davam edir.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu məqsədlə Şirvan şəhərinin giriş və çıxışlarında 3 stasionar post quraşdırılıb. Həmin stasionar postlarda 2020-ci il dekabrın 14-dən bu günə kimi 6989 avtomobil yoxlanılıb, postlardan müvafiq icazə olmadan keçməyə cəhd göstərən 853 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb.
Eləcə də qeyd olunan şəhər üzrə yaradılmış PPX birgə qrupları tərəfindən yoxlanılan 1239 nəfərdən karantin rejimi qaydalarını pozan 104 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokollar yazılaraq cərimələr tətbiq olunub.
Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan və yaşadığı ünvanı icazəsiz tərk edən 34 koronavirus xəstəsi müəyyən edilib.
Onlardan 28 nəfər barəsində araşdırma aparılır, 5 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1. maddəsi ilə cinayət işi açılıb. Bir nəfər barədə material Sabirabad polis şöbəsinə göndərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya