Spiker deputata cavab verdi - “Kimin əmlakı sökülübsə, əvəzi verilib”





"Biz mülkiyyət hüquqlarının qorunması ilə bağlı qanunlar qəbul etmişik. Amma bəzən bu qanuna məhəl qoyulmur. XXI əsrdə kiminsə obyektini söküb, mülkiyyət hüququnu pozmaq nə deməkdir? Belə hallar barədə mətbuatda yer alan məlumatlara müvafiq nazirliklər niyə reaksiya verirlər? Məncə aidiyyatı qurumlar bu məsələlərə reaksiya verməlidirlər”. 

Sherg.az bildirir ki, bu sözləri deputat Qüdrət Həsənquliyev parlamentin yaz sessiyasının ilk iclasında səsləndirib. 

O mülkiyyət problemindən danışaraq deyib ki, buna son dərəcə həssas yanaşılmalıdır.

Deputata cavab verən spiker Oqtay Əsədov isə əmlakları sökülən insanların məhkəməyə müraciət etməsi faktının qeydə alınmadığını bildirib: 

"Kimin əmlakı sökülübsə, əvəzi verilib. Jurnalistlərin bu barədə yazdıqlarına siz o qədər də fikir verməyin. Heç kəsin əmlakı qanunsuz sökülməyib”.

Anar