Spiker: “Yaz sessiyasında 3 qurumun hesabatı dinləniləcək ”





Milli Məclisin yaz sessiyasının ilk iclasında spiker Oqtay Əsədov ötən ilin payız sesiayasında görülən işlər barədə məlumat verib. 

Sherg.az-ın məlumatına görə O.Əsədov qeyd edib ki, parlament Prezident İlham Əliyevin həyata keçridiyi siyasəti dəstəkləmək məqəsədi ilə qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak edib və bir sıra qanunlar qəbul edib.

Spiker onu da əlavə edib ki, parlamentin yaz sessiyasının gündəliyi müəyyən olunub: "Yaz sesssiyasında eyni zamanda, hökumətin, Ombudsmanın, İnsan alverinə qarşı koordinatorun hesabatı dinləniləcək. Bundan əlavə, parlamentə bir sıra qanunların da daxil olması gözlənilir”.

Anar