STM-in Mətbuat Xidməti dinləmə keçirdi
15:10 01.03.2021
Arxiv
611
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti “Milli alqı və ritm” mövzusunda dinləmə keçirib.
"Sherg.az" xəbər verir ki, STM-in İdarə Heyətinin sədri, Milli Məclisin komitə sədri, millət vəkili Zahid Orucun moderatorluğu ilə keçirilən dinləmədə “Milli kimlik və milli ideologiya” mövzusunda açılış nitqi söylənib. Tədbirə məruzəçilər qismində fəlsəfə üzrə elmlər doktoru Əbülhəsən Abbasov, fəlsəfə doktoru, millət vəkili Etibar Əliyev, fəlsəfə doktoru, millət vəkili Fazil Mustafa, tarixçi Əkbər Nəcəf və jurnalist, araşdırmaçı Elxan Şükürlü qonaq qismində qatılıblar.
Milli kimlik və milli ideologiya məsələləri haqqında müzakirələrin önəmindən bəhs edən millət vəkili Zahid Oruc STM Mətbuat Xidmətinin bu qəbildən müzakirələrinin bundan sona davamlı xarakter alacağını vurğulayıb. Eyni zamanda o bildirib ki, tədbirdə mövzular ətrafında məruzəçilərin səsləndirdikləri fikirlər diqqətdə saxlanılacaq və dövlətə təqdim olunacaq.
Tədbirdə çıxış edən professor Əbülhəsən Abbasov Vətən Müharibəsindən sonrakı dövrdə mövcud olan ideoloji-fəlsəfi reallıqdan bəhs edib. O qeyd edib ki, belə dinləmələr və polemikalar postpandemiya dövrünün reallığına çevrilməli və daha böyük auditoriyalar ilə təşkil edilməlidir. Eyni zamanda Əbülhüsün Abbasov bildirib ki, milli kimlik ətrafındakı müzakirələr və dinləmələr indiki dövr üçün mühüm əhəmiyyətə malikdir.
Millət vəkili Etibar Əliyev müstəqillik tarixinin 30 illik ideoloji bazisi mövzusunda çıxış edib. O, bildirib ki, milli identiklik məsələsi qalib xalq üçün önəmli mövzudur. Koronavirus bəlası bitdikdən sonra belə müzakirələrin daha geniş auditoriyalarla keçirilməsinin də əhəmiyyətli olduğunu bildirən millət vəkili milli kimlik və qlobal kimlik məsələsində də fikirlərini bölüşüb.
Millət vəkili Fazil Mustafa mövcud milli kimliyimizin fəalsəfi bazasından bəhs edib, maarifçilik dönəmindən və ondan əvvəlki dövrün tarixi gerçəkliklərindən danışıb. O qeyd edib ki, belə mövzular ətrafında müzakirələri sosial media məcrasından daha böyük platformalara daşımaq lazımdır.
Tarixçi Əkbər Nəcəf və Elxan Şükürlü də mövzu ilə bağlı öz təkliflərini veriblər.
Ayrı-ayrı çıxışlarda qələbədən sonrakı milli kimlik, vətəndaş-məmur münasibətlərində, xarici münasibətlər sistemində, təhsildə və s. gözlənilən dəyişikliklər dilə gətirilib. Milli kimlik anlayışının komponentlərinə - milli identiklik, kollektiv simvol, milli xarakter məsələlərinə toxunulub. Bildirilib ki, 44 günlük müharibə dövründə qələbə bizim milli birlik rəmzimizə çevrilib.
Paneldə qələbənin tarixə baxışı necə dəyişdirdiyi mövzusu ətrafında fikirlər səsləndirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region