STM Qarabağın azadlığı uğrunda aparılan müharibə şəraiti ilə bağlı təkliflər hazırlayıb
11:53 01.10.2020
Arxiv
882
Sosial Tədqiqatlar Mərkəzi Qarabağın azad edilməsi və ərazi bütövlüyünün bərpası uğrunda aparılan müharibə şəraitində informasiya-psixoloji təbliğatla bağlı təkliflər paketi hazırlayıb.
STM-in mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, təkliflər daxili auditoriyaya yönələn saxta xəbərlərin ifşası və internet və informasiya blokadası aradan qalxdıqca, ictimai rəyin sosial şəbəkələr üzərindən hədəfə alınması, fərqli mənbələrdən güclü “dezinormasiya hücumuna” məruz qalması ilə bağlıdır.
Sosial Tədqiqatlar Mərkəzi aşağıdakı təkliflərlə çıxış edir:
- 1994-cü ildən sonra atəşkəsin pozulduğu şəraitdə Şəhid statusunun verilməsi həyata keçirilmirdi. İndi hərbi vəziyyət elan olunub. Ona görə də, “şəhid” statusuna yenidən baxılması, döyüş şəraitində həyatını itirən hər bir hərbi qulluqçuya “şəhid statusu”nun verilməsi onların müqəddəs haqqı sayıla bilər.
- Şəhidlərin dəfni ilə bağlı “20 Yanvar-hüzn günü” ilə assosiasiya olunan Şəhidlər xiyabanından simvol olaraq fərqlənən məkan və ad seçimi, məsələn, “Qarabağ zəfəri”, “Qalibiyyət əsgəri”, “Zəfər əsgəri” və s. adlı məkan, paytaxt və rayonlarda şəhidlərin qələbə və ruh yüksəkliyi aşılayan “Zəfər Memoriallarını” inşa etmək məqsədəuyğun olardı.
- Yaralıların və həlak olanların ailələrinin məlumatlandırılması və təcili dəstəklənməsi üçün briqadalar formalaşdırılır. (7 nəfərədək: 2 psixoloq (1 qadın və 1 kişi); komandir, terapevt həkim, reabilitasiya həkimi, 2 sosial işçi (1 kişi; 1 qadın.)
- Şəhid haqda xəbərin ailəyə çatdırılması hər bir ailə üçün ayrıca “xüsusi əməliyyat” olaraq hazırlanır! Ən sonuncu ailəyə şəhid haqda xəbər verilənədək, mediada şəhidlər haqda heç bir məlumat verilə bilməz.
- Həyatını itirənlərin tanınmasına 3 saat; ailələrə xəbər verilməsinə 3 saat vaxt müəyyən edilir.
Təkliflər sırasında əsgər-döyüşçü nüfuzu və əsgər ailəsi ilə bağlı məsələlərə də yer verilib. Belə ki, cəmiyyətdə “şəhid anası”, “şəhid atası” ifadələri ilə yanaşı, “əsgər anası” və əsgər atası” ifadələrinin də yerini tutması təklif edilir. Eyni zamanda əsgərlərin sosial təminatları artırılması və əsgər ailələrinə daha çox imtiyazlar verilməsi də təklif edilir.
Həmçinin, təkliflərdə bildirilir ki, əhali arasında təbliğat məqsədi ilə müharibə ilə bağlı pozitiv mesajların SMS-məlumatlandırma sisteminin işə salınması gündəmə gəlməlidir. Bu şəkildə Müdafiə Nazirliyinin açıqladığı rəsmi məlumatları, ölkə başçısının müraciətlərini operativ şəkildə bütün vətəndaşlara çatdırıla bilər. “Qarabağ Radiosu” yaxud, “Saatlar-Qarabağı göstərir”, “Vaxt-Qayıdış zamanıdır” və s. rubrikalı radio-TV verilişlərin, 24/7 rejimdə ictimai nəqliyyatda, çoxsaylı insanlar arasında yayımlanması da təklif edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
19:11 04.07.2026
Dünya
Müharibənin ayırdığı sevgililər 60 ildən sonra yenidən görüşdü
18:12 04.07.2026
Maraqlı
İsrail mətbuatı: Türklərin sürətinə çatmaq çətindir
17:44 04.07.2026
Gündəm
CHP-nin deputatı Adnan Beker partiyasından istefa verib
17:25 04.07.2026
Siyasət
Ərdoğan Şahbaz Şəriflə görüşüb
17:02 04.07.2026
Gündəm
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
16:45 04.07.2026
Dünya
Rusiyanın açıqlamasına Zelenskidən təkzib: Putin yalan danışır
16:29 04.07.2026
Dünya
Yer kürəsində güclü maqnit qasırğası başladı
15:56 04.07.2026
Maraqlı
Livan Prezidenti Trampdan kömək istədi
15:41 04.07.2026
Dünya
NATO təyyarəsi Rusiya yaxınlığında uçuş həyata keçirdi
15:12 04.07.2026
Dünya
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
14:56 04.07.2026
Ekologiya
Medvedev: İranın ehtiyatında “termonüvə silahı” da var
14:12 04.07.2026
Gündəm
İmişlidə zəlzələ olub
14:00 04.07.2026
Hadisə
İrana verilən təklif Qalibafı hiddətləndirdi - “Ac özünüzsünüz”
13:43 04.07.2026
Region