STM yeni ilin ilk tədbirini Azərbaycan Universiteti ilə birgə keçirib
11:04 06.01.2021
Arxiv
576
Azərbaycan Universitetində qələbə vebinarları seriyasından son tədbir "Qarabağa Böyük Qayıdış” mövzusuna həsr olunub. Sosial işin təşkili kafedrası tərəfindən təşkil olunan vebinarın qonağı Milli Məclisin deputatı, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc olub. Tədbirdə qeyd olunub ki, Azərbaycan indi Qarabağa böyük qayıdış ərəfəsindədir və ölkəmiz həyata keçiriləcək qayıdış planı ilə Qarabağı dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevirmək əzmindədir.
Universitetin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov dəvəti qəbul edərək tədbirdə iştirak etdiyinə görə millət vəkilinə təşəkkür edib. Yusif Qasımov çıxışında Azərbaycanın döyüş meydanında əldə etdiyi qələbənin miqyası və siyasi-diplomatik, sosial-iqtisadi, geosiyasi nəticələri haqqında danışıb.
Millət vəkili Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin 2021-ci il üçün ilk tədbirini Azərbaycan Universiteti ilə birgə keçirdiklərini bildirib, şanlı və uca qələbəni Azərbaycan xalqına bəxş edən bütün qüvvələrə ucalıq arzulayıb. Zahid Oruc qeyd edib ki, dünyada mahiyyət etibarı ilə Dağlık Qarabağ münaqişəsi ilə paralellik göstərən dövlətlərarası problemlər olsa da, ölkəmizin işğalçı dövlət üzərindəki qələbəsinin heçbir bənzəri yoxdur. O cümlədən tarixi torpaqlara, ata-baba yurduna qayıdışın da beynəlxalq nümunəsini, prototipini tapmaq mümkün deyil. Bu istiqamətdə mövcud olan yanaşma və təkliflər haqqında məlumat verən millət vəkili Qarabağa qayıdış planının hazırlanması və həyata keçirilməsi ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüb, döyüş meydanında olduğu kimi, yenidənqurma, abadlıq və bərpa işlərində də Ali Baş Komandan-ordu-xalq birliyinin qorunmasının əhəmiyyətinə toxunub.
Çıxışlardan sonra tədbir iştirakçılarına Mərkəzin Ermənistanın təxribatı nəticəsində 27 sentyabr 2020-ci il tarixdən başlayan və Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı ilə "sülhə məcbur etmə” xarakteri daşıyan müharibə, onun nəticələri ilə bağlı gözləntilər, məcburi köçkün ailələrinin azad edilmiş torpaqlara qayıdış planının, ermənilərə və onlarla birgəyaşayışa münasibəti və son olaraq, müharibə şəraitində Azərbaycan ordusu və dövlətinin xalqla birliyinə münasibəti öyrənmək məqsədilə məcburi köçkünlərlə keçirdiyi sorğunun nəticələri təqdim olunub. Bildirilib ki, sorğu Qobu qəsəbəsinin ərazisində mənzillə təmin olunan və faktiki yaşayan 464 məcburi köçkün ailəsi ilə telefon vasitəsilə keçirilib. Sorğunun nəticələrinə görə, 1-ci Qarabağ müharibəsi zamanı Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində 30 ildir dogma torpaqlarını və yaşayış məskənlərini tərk edən vətəndaşlarımızın mütləq əksəriyyəti Azərbaycan ordusu tərəfindən azad olunan kənd və şəhərlərə qayıtmaq əzmində və inamındadır. Digər tərəfdən, ulu yurdumuza yüksək ideallar və müqəddəs duyğularla qayıdacağını bəyan edənlərin sırasında gənclər xüsusi çəkiyə malikdir.
Zahid Oruc sonda tədbir iştirakçılarının ona ünvanlanan çoxsaylı suallarını cavablandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm