Tanınmış alim koronavirusa yoluxdu

Bütöv Azərbaycan Ocaqları başqanının ideoloji məsələlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru, AMEA Tarix İnstitutunun elmi işçisi Dilavər Əzimli koronavirusa yoluxub.

Bu barədə Axar.az-a Bütöv Azərbaycan Ocaqlarından məlumat verilib.

Məlumata görə, Dilavər Əzimli hazırda Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanasında müalicə edilir.