Tbilisinin mərkəzində partlayış: Ölən və yaralananlar var

Gürcüstanın paytaxtında partlayış olub.
İlkin məlumatlara görə, üç nəfər yaralanıb, bir nəfər ölüb.
Bu barədə “Sputnik” xəbər yayıb.
Hadisə Böyük Konsert zalının (Filarmoniya) yaxınlığında “Dejavyu” klubunda baş verib. Orada təmir işləri gedirdi. Hadisənin qaz balonunun partlaması nəticəsində baş verdiyi iddia olunur..
Hadisə yerində yanğınsöndürmə-xilasetmə briqadaları və polis işləyir. Digər detallar barədə məlumat verilmir.