TƏBİB rəsmisi: “Son həftələrdə yoluxmaların əksəriyyəti ailəlikcə olur, çünki...”


“Son həftələrdə yoluxmaların əksəriyyəti ailəlikcə olur”. 

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, bunun səbəbi vətəndaşların yoluxma halları azalan regionlara getməsidir:

“Mənə çoxsaylı müraciətlər gəlir ki, insanlar kütləvi şəkildə Bakıdan müxtəlif yollarla regionlara gedirlər. Bu hallara yol vermək olmaz. Son həftələrdə qeydə alınan yoluxmalar ailədaxili olub. Ana, ata, uşaqların hər birində virus aşkarlanıb. Bu, arzuolunan hal deyil”.