Təhsil Nazirliyi sosial şəbəkələrdə yayılan iddialara aydınlıq gətirib
16:34 21.09.2020
Arxiv
569
Təhsil Nazirliyi ötən günlər ərzində sosial şəbəkələrdə 7-ci sinif “Azərbaycan tarixi” dərsliyində “Arsak” toponiminin yer alması ilə bağlı bir çox qeyri-peşəkar və tarix elmi ilə heç bir əlaqəsi olmayan şəxslər tərəfindən təxribat xarakterli yayılan məlumata aydınlıq gətirib.
Nazirlikdən APA-ya verilən məlumata görə, burada əslində tarixi həqiqət təhrif olunaraq əsassız şəkildə Azərbaycan tarixinin ayrılmaz parçası olan qədim Albaniyanın 12 vilayətindən biri Arsakın guya ermənilərə aid olması ilə bağlı yanlış və heç bir mənbəyə əsaslanmayan şərhlər verilir. Ancaq bir çox tarixçi alimlərin (M.Kalankatuklu, A.A.Bakıxanov, Z.Bünyadov, F.Məmmədova, Q.Qeybullayev və b.) sübut etdiyi kimi, Arsak yer adı tamamilə qədim Azərbaycana aid olan məkan və addır və işğalçı qonşuların Azərbaycanın bir çox tarixi yer adları kimi bu adı da özününküləşdirmə cəhdi sadəcə tarixi saxtakarlıq nümunəsidir.
Acınacaqlısı budur ki, bir çox sosial şəbəkə yazarları özəl nəşriyyat tərəfindən çap olunan tarixi məlumat kitabçası ilə Təhsil Nazirliyinin nəşr etdirdiyi 7-ci sinif “Azərbaycan tarixi” dərsliyini qarışdıraraq mətləbdən tamamilə uzaq düşmüş və məsələnin nə yerdə olduğundan xəbərsiz olaraq sosial şəbəkə istifadəçilərinə yanlış məlumat vermişlər. Əslində isə 7-ci sinif “Azərbaycan tarixi” dərsliyində yer alan tarixi məlumatlar tarixçi alimlər tərəfindən səhih tarixi mənbələrə istinad edilərək təsbit olunub. Digər “dərslik” kimi təqdim olunan kitab isə nəinki dərslik deyil, hansısa özəl nəşriyyat tərəfindən ali məktəblərə hazırlaşanlar üçün çap edilmiş soraqçadır və Təhsil Nazirliyinə heç bir aidiyyəti yoxdur. Bu, aşağıda göstərilən foto nümunədə də öz əksini tapır.
Hələ 2015-ci ildə Təhsil Nazirliyi bununla bağlı rəsmi olaraq öz mövqeyini bildirib. Buna baxmayaraq, həmin məsələ yenidən gündəmə gələrək insanlarda çaşqınlıq yaradıb.
Bir daha tarixçilərin dəqiq mənbələrinə istinadən deyə bilərik ki, tarix dünənin mirası olmaqla, həm bu günün mirası, sabahın aynasıdır. Biz hamımız tarixi gerçəkliyi dəqiq mənbələrə istinadən verməklə, həm də öz missiyamızı yerinə yetiririk.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya