Tərləmək koronavirus əlamətidir? – Həkim aydınlıq gətirdi
Şəymən Bayramova
13:57 29.08.2020
Arxiv
2486
"Aşırı tərləmə hər hansı bir xəstəliyin nəticəsi ola bildiyi kimi, tamamilə psixoloji də ola bilər"
Tərləmək insan orqanizmi üçün adi hal olsa da, bir çox insan bunu koronavirus əlaməti kimi qəbul edib, psixoloji gərginlik keçirir.
Mütəxəssislər isə hesab edir ki, aşırı tərləyən adamların dərhal koronavirusdan şübhələnib həyəcanlanması düzgün yanaşma deyil.
İnsanlar arasında ciddi narahatlıq doğuran bu məsələyə aydınlıq gətirən həkim-fitoterapevt Elnur Eldaroğlu
koronavirus xəstəliyi ilə həddən çox tərləmə arasında birbaşa əlaqə olmadığını deyib. Onun sözlərinə görə, bəzən çox soyuq yerdən isti yerə dərhal yerdəyişmə etdikdə də tərləmə artır.
Aşırı tərləməni hiperhidroz adlandıran həkim deyib ki, həddindən artıq tərləmə zamanı insanın özünə qulluq etməsi probemi bir az azaldır, amma həll etmir: "Sıxlıqla əl, ayaq, qoltuqaltı, başın arxası və üzdə görünən həddindən artıq tərləmə insanı narahat edir. Bu hal hər hansı bir xəstəliyin nəticəsi ola bildiyi kimi, tamamilə psixoloji də ola bilər. Əsasən, qorxu və stress də tər ifrazatını artıra bilər. Buna görə həddindən artıq tərləmənin səbəbləri mütləq araşdırılmalıdır. Bəzi hallarda tərləmə hər hansı xəstəliyin simptomu kimi meydana çıxa bilər".
Mütəxəssisin fikrincə, gecə saatlarında həddindən çox tərləyən insanlarda ağciyər xəstəliyindəm şübhələnmək olar:
-Hərarətin səbəbsiz qalxması zamanı müşayiət olunan güclü tərləmə isə xərçəng xəstəliyinə işarə edir.
Tireotoksikoz (qalxanvari vəzi xəstəliyi) zamanı vəz orqanizmə lazım olandan artıq miqdarlarda hormonları ifraz edir. Qalxanvari vəzi orqanizmdə o cümlədən termorequlyasiya proseslərinə də ciddi təsir edir və bu səbəbdən qalxanvari vəzinin fəaliyyətinin güclənməsi tərləmənin artmasına səbəb olur.
Tireotoksikozdan əziyyət çəkən insanların dərisi hər zaman isti və nəm olur. Digər simptomlar - əsəbilik, əhvalın tez-tez dəyişilməsi, arıqlama, nəbzin tezləşməsi, ishal və s.
Nevroz və digər sinir sistemi pozulmaları zamanı da həddindən çox tərləmə ola bilər. Şəkərli diabet xəstəliyi olan insanlarda qanda şəkərin kəskin düşməsi halsızlıq, güclü tərləmə, ürəkbulanması, nəbzin tezləşməsi kimi simptomlarla müşayiət olunur.
Ürək xəstəlikləri də həddən çox tərləməyə səbəb ola bilər. Bu zaman tər soyuq olur, əvvəl üz, sonra bütün bədən tərləyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar nə vaxt veriləcək?
12:26 07.07.2026
Sosial
Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTO
12:12 07.07.2026
Gündəm
Mərdəkanda dənizdə nəzarətsiz ərazidə 16 yaşlı oğlan batıb
12:06 07.07.2026
Hadisə
Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
11:59 07.07.2026
Aktual
Abşeronda silah-sursat tapıldı - VİDEO
11:49 07.07.2026
Hadisə
Şavkat Mirziyoyev İordaniya XİN başçısını qəbul etdi
11:34 07.07.2026
Dünya
Baş nazir İstanbulda turist oldu: Tarixi məkanları ziyarət edib
11:34 07.07.2026
Gündəm
İndoneziyada Levotobi vulkanı yenidən püskürdü
10:35 07.07.2026
Hadisə
Tramp, Makron və NATO-ya üzv 32 ölkənin lideri Türkiyədədir
10:28 07.07.2026
Gündəm
Bu gün Sumqayıtın bir hissəsində qaz olmayacaq
10:24 07.07.2026
İnfrastruktur
Səhiyyə nazirinə yeni müavin təyin edildi
10:17 07.07.2026
Sağlamlıq
Bakı-Naxçıvan marşrutu üzrə aviareyslər bərpa olundu
10:03 07.07.2026
Ölkə
Əksər yerlərdə şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
09:42 07.07.2026
Ekologiya
Azərbaycan nefti bahalaşıb
09:31 07.07.2026
İqtisadiyyat