“Biz silahı götürmək istəmədik. Lakin bizi dilə tutdular ki, bu, təhlükəsizlik, özümüzü müdafiə üçün lazım ola bilər. Beləliklə, bizi Azərbaycan ərazisinə, Horadiz rayonuna apardılar. Orda bizə səngər qazacağımız yeri göstərdilər. Biz səngər qazmağa başladıq. Bombalamağa başlayanda biz qaçdıq. Mənimlə birlikdə olan 33 nəfər, eləcə də biz zastavaya gələndə orda xidmətdə olan 15 nəfərin hamısı cavan idi. Onlar qaçdı, mən onlarla qaça bilmədim. Təslim olmaq qərarına gəldim. Avtomatı atdım və Azərbaycan Ordusuna təslim oldum”.
Təslim olan mayordan erməni xalqına MÜRACİƏT: - “Uşaqlarımızı Azərbaycanda döyüşməyə buraxmayın”
10:58 23.10.2020
Arxiv
484
Döyüşlərdə Azərbaycan Ordusuna təslim olan erməni əsir xalqına müraciət edib.
"Sherg.az"ın məlumatına görə, təqaüddə olan milis mayoru Edik Solakoviç Tonoyan 1975-ci ildə Ermənistanın Kalinino rayonunun Mestavan kəndində doğulduğunu, 2018-ci ilə qədər Kalinin rayon Milis İdarəsində işlədiyini, 2018-ci ildə mayor rütbəsində təqaüdə çıxdığını bildirib.
“Bundan sonra iki il ərzində qazanc dalınca Rusiyaya getmişəm. 2020-ci ildə isə koronavirusa görə ailəmlə birlikdə qazanc üçün Rusiyaya gedə bilmədim. Ermənistanda qaldım. Burada da inşaat işləri ilə məşğul olurdum. 27 sentyabrda Azərbaycanla müharibə başlayanda məni və oğlumu tikintidə tutub hərbi komissarlığa apardılar. Hərbi komissarlıqda razılaşdıq ki, oğlumun yerinə hərbi xidmətə məni göndərsinlər və mən Ermənistan ərazisində xidmət edim. Qarabağa getmək istəmirdim, çünki bura bizim torpağımız deyil. Lazım olsa, Ermənistana görə xidmət etməyə hazır olduğumu, ancaq Qarabağa görə xidmət etmək istəmədiyimi dedim. Məni Alaverdi rayonuna zastavada xidmətə göndərdilər. Bir neçə gün orada patrul xidmətində oldum. Ordan hərbi qulluqçuları Azərbaycanla sərhədə xidmət etməyə göndərirdilər ki, orada döyüşsünlər. Orda mənə dedilər Ermənistan ərazisində başqa hərbi hissədə xidmət etməliyəm. Məni və daha bir nəfəri İrəvana apardılar, orada bizi içində adamlar olan “KamAZ” gözləyirdi. Maşında 33 nəfər vardı. Orda vəd etdilər ki, bizi Qarabağa aparmırlar. Çünki biz bilirik ki, ora bizim torpağımız deyil və bizə ora getmək lazım deyil. Onlar yenə vəd verdilər ki, biz Ermənistan ərazisində xidmət edəcəyik, - o qeyd edib.
E. Tonoyanın sözlərinə görə, Gorusa gələndə, maşın dayanıb və onlara avtomat paylayıblar:
“Biz silahı götürmək istəmədik. Lakin bizi dilə tutdular ki, bu, təhlükəsizlik, özümüzü müdafiə üçün lazım ola bilər. Beləliklə, bizi Azərbaycan ərazisinə, Horadiz rayonuna apardılar. Orda bizə səngər qazacağımız yeri göstərdilər. Biz səngər qazmağa başladıq. Bombalamağa başlayanda biz qaçdıq. Mənimlə birlikdə olan 33 nəfər, eləcə də biz zastavaya gələndə orda xidmətdə olan 15 nəfərin hamısı cavan idi. Onlar qaçdı, mən onlarla qaça bilmədim. Təslim olmaq qərarına gəldim. Avtomatı atdım və Azərbaycan Ordusuna təslim oldum”.
E. Tonoyan daha sonra bütün erməni xalqına müraciət edib: “Əziz həmvətənlərim. Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmaq və qan tökmək lazım deyil. Biz əvvəl çox yaxşı yaşamışıq, biz bir-birimizlə çox yaxın olmuşuq, bizim qardaş, xoş qonşuluq münasibətli xalqlarımız olub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
iPhone 18 Pro Max-in qiyməti ilə bağlı iddialar gündəmdə
21:35 04.08.2026
Texnologiya
Putin qanunu imzaladı: Xarici ticarətdə yeni mərhələ
21:32 04.08.2026
İqtisadiyyat
Suriya Rusiyadan neft idxalını azaltmağa hazırlaşır
21:22 04.08.2026
Dünya
Türkiyədə tanınmış teleaparıcı həbs edildi
21:13 04.08.2026
Dünya
Mingəçevirdə 14 yaşlı yeniyetmə kanalda batıb
21:00 04.08.2026
Hadisə
Türkiyədə gözlənilən qanun imzalandı
20:47 04.08.2026
Dünya
Bakıda daha bir evdən qadın meyiti tapıldı
20:35 04.08.2026
Hadisə
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm