Teymur Rəcəbov 3-cü yer uğrunda görüşə qələbə ilə başlayıb
19:55 13.02.2021
Arxiv
438
“Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində həlledici qarşılaşmalar start götürüb.
Apasport.az saytının məlumatına görə, mükafat fondu 100 min ABŞ dolları olan yarışın səkkizinci günündə final və 3-cü yer uğrunda ilk matçlar keçirilib.
Azərbaycan şahmatçısı Teymur Rəcəbov üçüncülük uğrunda ilk qarşılaşmada fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib. Qara fiqurlarla heç-heçə edən qrossmeysterimiz ikinci partiyada ağlarla qalib gəlib.
Növbəti oyunda da ağ fiqurlar – bu dəfə rəqib qələbə qazanıb. Bu məğlubiyyətlə üstünlüyünü əldən verən Teymur günün son görüşündə lazımı nəticəni aktivinə yazıb. O, matçda ikinci dəfə rəqibinə qalib gəlib.
Yarımfinalda təmsilçimizə qalib gələn ABŞ şahmatçısı Uesli So və norveçli dünya çempionu Maqnus Karlsen isə finalın ilk matçında heç-heçə edib – 2:2. Hər iki cütdə ikinci matç sabah baş tutacaq.
Qeyd edək ki, sabah təşkil olunacaq həlledici qarşılaşmalar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
“Opera Euro Rapid”
3-cü yer uğrunda, ilk matç
13 fevral
20:00. Maksim Vaşye-Laqrav (Fransa) - Teymur Rəcəbov (Azərbaycan) – 1,5:2:5 (0,5:0,5, 0:1, 1:0, 0:1)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı