Təyyarə biletlərinə ödənilmiş pulun əvəzinə vauçerlər qaytarıla bilər
13:30 07.04.2020
Arxiv
536
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) pul vəsaitlərinin geri qaytarılması əvəzinə depozit vauçerlərini bilet alıcısı ilə aviaşirkət arasındakı münasibətlərdə qanuni forma olaraq qəbul edib. Artıq IATA BSP sistemində həmin vauçerləri adi biletlər kimi idarə edəcək.
Assosiasiya bütün ölkələrin tənzimləyici orqanlarını aviasiya sənayesinin iflasa uğramasının qarşısını almaq məqsədilə aviaşirkətlərin depozit vauçerlərinin qanuni dövriyyəsinə icazə verməyə çağırır.
Bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş və icraçı direktoru Aleksandr de Junyakın təşkilatın bütün agentlərinə (turizm operatorları və agentləri, bilet distribüterləri və s.) ünvanladığı açıq məktubunda bildirilib.
IATA rəhbərinin müraciətində qeyd edilib: “Dünya aviasiya sənayesi ən ciddi böhranını yaşayır.
COVID-19 pandemiyası və bu səbəbdən dünya hökumətlərinin məhdudiyyətləri hava nəqliyyatının fəaliyyətinin faktiki dayanmasına gətirib çıxarıb. Dünya aviaparkının üçdə bir hissəsi artıq “beton”da boş dayanmaqdadır, aviabiletlərin satışından əldə olunan gəlir isə bizim hesablamalarımıza görə, 2019-cu illə müqayisədə bu il 44% azalacaq”.
Adi vaxtda IATA sistemlərində 1,25 milyard dollardan çox vəsait emal olunur və hazırda təşkilat hesablara daxil olduğundan daha çox vəsaitlərin geri ödənilməsi faktı ilə qarşılaşır.
Müraciətdə həmçinin bildirilib ki, əksər aviaşirkətlər hazırda əldə edilən gəlirlərdən çox sərnişinlərə nağd pulların geri qaytarılması ilə bağlı xərclərlə üzləşir. Təşkilat aviaşirkətlərin geri qaytarmalarla bağlı cari borcunu 35 milyard dollar həcmində qiymətləndirir.
“Bu şəraitdə aviaşirkətlərin ən vacib tələbi əməkhaqlarını ödəmək və sabit xərcləri təmin etmək üçün qalan likvidliyini qorumaqdan ibarətdir. Bir çox sənaye iştirakçıları üçün əvvəlki iqtisadi modeli qorumaq və iflasa uğramamaq üçün qısa müddətdə kifayət qədər maliyyə vəsaiti tapmaq praktiki olaraq mümkün deyil.
Buna görə də hesab edirik ki, həm aviaşirkətlər, həm də şirkətlərin reyslərinə aviabiletlərin satışı ilə məşğul olan agentlər üçün yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu onların ölkələrinin tənzimləyiciləri tərəfindən pul vəsaitinin geri qaytarılması ilə bağlı tələbləri dəyişdirilərək, aviabiletin geri qaytarılmasına görə pul vəsaiti ödəmək əvəzinə, aviaşirkətlərə depozit vauçerlərini təqdim etməyə icazə verilsin (yəni sərnişin tərəfindən istifadə olunmamış biletə görə vəsaiti özündə saxlamaq və vəziyyət sabitləşdikdən sonra həmin vəsaitlərdən istifadə etmək imkanı təqdim edilsin). IATA BSP sistemi vasitəsilə adi aviabiletlər üçün artıq mövcud olan proses və prosedurlardan istifadə etməklə həmin vauçerləri idarə edə bilər", - deyə müraciətdə vurğulanıb.
Eyni zamanda bildirilib ki, belə bir qərar aviaşirkətlərin fəaliyyətlərini davam etdirmək üçün pul vəsaitlərini qoruyub saxlamaq məcburiyyətində qaldığı bir dövrdə həmin maliyyəni vauçerlərlə əvəz edərək, aviabiletlərin satışı ilə məşğul olan bütün təşkilatlara göstərilən təzyiqləri aradan qaldırmağa imkan verəcək:
“IATA bu yanaşmanın zəruriliyini artıq tanıyan Kanada, Kolumbiya və Niderlandın tənzimləyici orqanlarına minnətdarlığını bildirir və ümid edir ki, digər ölkələr də belə edəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya
Müdafiə sənayesi naziri Səlcuq Bayraktarla görüşüb
20:12 09.07.2026
Siyasət
Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq
20:00 09.07.2026
Futbol