Tiflisdə Şuşanın azad edilməsi qeyd olunub
09:13 10.11.2020
Arxiv
332
Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Dövlət Bayrağı Günü və Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə bayram şənliyi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az -a verilən məlumata görə, Heydər Əliyev Parkında baş tutan tədbir Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi və Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə gerçəkləşdirilib.
Azərbaycan, Türkiyə və Gürcüstan bayraqlarının dalğalandırıldığı mərasimdə azərbaycanlı diplomatlar, iş adamları, SOCAR və “Akkord” şirkətlərinin bu ölkədəki nümayəndəliklərinin rəhbərləri və üzvləri, gürcü ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev soydaşlarımızı ikiqat bayram – Dövlət Bayrağı Günü və qədim Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə təbrik edib. Səfir Gürcüstan azərbaycanlılarının yüksək vətənpərvərlik hissinə malik olduqlarını, öz övladlarını da bu ruhda tərbiyə etdiklərini vurğulayıb. F.Quliyev bu tarixi dönəmdə Azərbaycan dövlətinə və ordusuna göstərilən dəstəyə görə, soydaşlarımıza və gürcü ictimaiyyətinin nümayəndələrinə təşəkkürünü bildirib.
Tədbirin bədii hissəsində Tbilisidəki 64 saylı məktəbin Azərbaycan bölməsinin nəzdində fəaliyyət göstərən “Ceyran” musiqi-rəqs qrupu, aşıq Nargilə Mehdiyevanın rəhbərlik etdiyi uşaqlardan ibarət aşıqlar qrupu, Rasim və Ramin Pirməmmədov qardaşları çıxış ediblər.
Bayram şənliyi çərçivəsində uşaqlar Azərbaycan bayrağına həsr olunmuş müxtəlif rəsmlər çəkiblər. Sonda Azərbaycan bayrağının rənglərində olan şarlar havaya buraxılıb, "Yaşasın Azərbaycan!", "Qarabağ Azərbaycandır!" şüarları səsləndirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niderlandda ən gənc baş nazir and içdi
21:47 23.02.2026
Dünya
Tramp yenə hədələyib: “Ədalətsiz ölkələr daha pisini görəcək”
21:34 23.02.2026
Gündəm
Qızıl və gümüş yenə bahalaşdı
21:33 23.02.2026
İqtisadiyyat
Dövlət uşaqların himayəsini ailələrə qaytarmağa çalışır - EKSPERT
21:20 23.02.2026
Aktual
Slovakiya Ukraynaya elektrik enerjisinin verilməsini dayandırıb
21:11 23.02.2026
Dünya
Pelin 12 illik ərindən ayrılır!
21:00 23.02.2026
Şou
Trampın iqamətgahında zərərsizləşdirilən gənc rəssam imiş
20:43 23.02.2026
Dünya
Zelenski sabiq baş komandan Zalujnıya cavab verib
20:35 23.02.2026
Dünya
Müharibə qazanılmasa, təbliğat faydasızdır - EKSPERT
20:15 23.02.2026
Gündəm
“Qəlb cəbhəsi” kitabı SDU-da təqdim olunub -FOTO
19:53 23.02.2026
Ədəbiyyat
Ukrayna Müdafiə Nazirliyi səfərbərlik islahatı elan etdi
19:29 23.02.2026
Dünya
Tramp Meksikanı narkokartellərlə mübarizəni gücləndirməyə çağırıb
19:20 23.02.2026
Dünya
Mingəçevirdə ər arvadını bıçaqlayıb
19:12 23.02.2026
Hadisə
Aİ Trampın yeni "qlobal tarif"ini tənqid etdi
18:56 23.02.2026
Dünya
ABŞ səfirliyi Livandakı əməkdaşlarını təxliyə edir
18:33 23.02.2026
Dünya