Tofiq Yaqublu EVİNDƏ...! – “Bu, dövlətin növbəti humanist addımıdır”
Şəymən Bayramova
14:13 18.09.2020
Arxiv
1276
Ölkənin tanınmış ziyalıları və bir neçə deputat Müsavat partiyasının üzvü Tofiq Yaqublunun azadlığa çıxması üçün dövlət başçısına müraciət edib. Müraciətdən sonra Bakı Apelyasiya Məhkəməsində Tofiq Yaqublunun apelyasiya şikayətinə baxılıb.
Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə T.Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı qərar verilib.
Bu qərarı humanist addım kimi qiymətləndirən ölkə ictimaiyyəti yaranmış vəziyyəti kampaniyaya çevirərək T.Yaqublunun həyatı bahasına öz çirkin niyyətlərini həyata keçirmək istəyənlərin bu antiinsani davranışını qınayıb. Millət vəkili Hikmət Babaoğlunun "Sherg.az"a açıqlamasında hər bir vətəndaşın həyatı və sağlamlığının dövlətimiz üçün qiymətli olduğunu deyib. Onun sözlərinə görə, heç bir fəaliyyəti olmayan, işləri-gücləri sosial şəbəkələrdə qeybət, dedi-qodu yaymaq olanlar üçün isə insan həyatının heç bir dəyəri yoxdur:
"Onları vətəndaşımızın həbsindən , sağlamlığından, azadlığından daha çox şəxsi siyasi çıxarları maraqlandırır. İctimai vicdanı ağrıdan da elə budur . Ancaq bu marginal qruplardan fərqli olar xeyli sayda ziyalılarımız, millət vəkillərimiz , yerli insan hüquq müdafiəsi təşkilatları təmsilçilərimiz də var idi ki , onlar hüququn nə üçün tətbiq olunduğunu obyektiv qiymətləndirərək dövlətimzin Tofiq Yaqublu üçün istisna humanist mövqe ortaya qoymasını xahiş etdilər".
Millət vəkilinin sözlərinə görə, hadisəni istismar edənlər isə yeni qərarın onların təzyiqi nəticəsində baş tutduğunu iddia edərək həm dövlətimizin ədalətini , həm hüquqi sistemimizin hümanizmini gözdən salmağa çalışırlar:
"Ancaq ictimai rəyin obyektiv əsaslarda qəbul etdiyi gerçəklik budur ki , Tofiq Yaqublu dövlətimizin humanizm siyasəti sayəsində evinə gedə bilib və bu yüksək qiymətləndirilməli hadisədir.
Məhkəmə T.Yaqublunun sağlıq durumunda ciddi problem yaranmamasına yol verməmək üçün onun barəsində çıxarılmış qərarı dəyişdirdi. Bu Azərbaycan dövlətinin növbəti humanist addımı, insan həyatını ən ali dəyər kimi qiymətləndirməsinin ən bariz nümunələrindən biridir.
Odur ki, T.Yaqublu ilə bağlı qəbul olunmuş yeni qərar heç kimə dövlətlə şantaj dili ilə danışmağa əsas vermir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət