Tramp Baydenin andiçmə mərasimində iştirak edəcək? 

ABŞ-ın hazırkı prezidenti Donald Tramp yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimində iştirak etməyəcəyini bildirib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Tramp “twitter” hesabında yazıb.

"Xahiş edən hər kəsə bildirirəm ki, yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə getməyəcəyəm”, deyə Tramp vurğulayıb.

Reuters-in məlumatına görə, Ağ Ev Trampın yanvarın 19-da Floridadaki Mar-a-Laqo iqamətgahına getməsini müzakirə etdiyini bildirib.

Qeyd edək ki, Tramp israrında qərarlı olacağı təqdirdə ABŞ tarixinə andiçmə mərasiminə qatılmayan dördüncü prezident olacaq.