Trampın milli təhlükəsizlik üzrə müşaviri bəlli oldu




General-leytenant Qerbert Makmaster ABŞ prezidentinin milli təhlükəsizlik üzrə yeni müşaviri təyin olunub.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser özünün "Tvitter” hesabında yazıb.
Bu günədək Qerbert Makmaster ABŞ Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanının müavini olub.